Səfirin müraciəti

Hörmətli qonaqlar,

Azərbaycan Respublikasının Hindistan Respublikasındakı Səfirliyinin internet səhifəsinə xoş gəlmisiniz.

Azərbaycanı Hindistanda təmsil etmək mənim üçün böyük şərəfdir. Mən bütün bilik və səylərimi iki dost xalq arasında siyasi, iqtisadi, humanitar sahədə əlaqələrin genişləndirilməsinə yönəldəcəyəm.

Azərbaycanla Hindistan arasında Böyük İpək yolundan keçən əlaqələr qədim tarixə malikdir. Azərbaycanın məşhur şair – filosofu Nizami Gəncəvinin irsi Hindistanın ədəbi mühitinə əhəmiyyətli şəkildə təsir etmişdir. Atəşpərəst hindlilərin XVII əsrdə Bakı yaxınlığında inşa etdikləri Atəşgah məbədi bu günkü günə kimi Hindistan və dünyanın bir çox ölkəsindən turist və tədqiqatçıların marağına səbəb olur.  XX əsrin 70-80-ci illərində Əyyub Tağıyevin rəhbərliyi ilə azərbaycanlı mühəndislər Hindistanın enerji təhlükəsizliyinin təmin edilməsi məqsədilə ölkənin neft və qaz yataqlarının kəşfiyyatında yaxından iştirak etmişlər.

Mən Azərbaycan haqqında daha ətraflı məlumat almaq istəyən hər kəsə müvafiq köməkliyin göstərilməsinə hazır olduğumu bildirirəm. 

Hörmətli oxucu,

Mən əminəm ki, səfirliyin saytı sizi maralandıran suallara cavab tapmağınıza köməklik göstərəcəkdir. Siz qısa müddət ərzində Azərbaycanın tarixi, mədəniyyəti, iqtisadiyyatı və müasir inkişaf yolu haqda ətraflı mlumat əldə edə biləcəksiniz.

Saytda həmçinin viza və konsulluq məsələləri, ölkədəki müxtəlif ictimai qurumlar, QHT və KİV haqda məlumatlar verilir.

İbrahim Hacıyev

Səfir