Arxiv sənədlərinin sorğusu

Xaricdəki Azərbaycan Respublikası vətəndaşlarının və əcnəbilərin Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəlikləri (konsulluq xidməti) vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin arxiv idarəsinə müraciət etmək və müvafiq sənədləri almaq hüququ vardır. Proses aşağıdakı kimidir:

Ərizəçilər hər bir sorğu sənədi üçün iki ərizə yazmaqla və konsulluq rüsumunu ödəməklə Səfirliyin konsulluq üzrə məsul şəxsinə müraciət edirlər,

Müraciət Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsi vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin arxiv idarəsinə ünvanlanır. Müraciət araşdırıldıqdan sonar idarə, sorğu edilən sənədi müraciət edilən səfirliyə göndərilməsi üçün Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinə göndərir.