Azərbaycan-Banqladeş ikitərəfli münasibətləri

Qısa məlumat:

30 dekabr 1991-ci ildə Banqladeş Azərbaycanın dövlət müstəqilliyini tanımışdır. İki ölkə arasında diplomatik əlaqələr 26 fevral 1992-ci ildə qurulmuşdur.

Yüksək səviyyəli əlaqələr:

-19 mart 2015-ci ildə Banqladeşin müstəqillik günü ilə əlaqədar Azərbaycan Prezidenti cənab İlham Əliyevin Banqladeş Prezidenti Md.Əbdül Həmidə təbrik məktubu ünvanlanmışdır.

-17 iyul 2015-ci ildə Ramazan bayramı ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Banqladeş Prezidenti Md. Əbdül Hamidə təbrik məktubu ünvanlamışdır.

-17 iyul 2015-ci ildə Ramazan bayramı ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Banqladeşin Baş naziri Şeyx Hasinaya təbrik məktubu ünvanlanmışdır.

-24 iyul 2015-ci ildə Ramazan bayramı ilə əlaqədar Azərbaycan Respublikasının Maliyyə naziri Samir Şərifov Banqladeşin Maliyyə naziri Abul Maal A Muhithə təbrik məktubu ünvanlanmışdır.

-24 dekabr 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Yeni il münasibəti ilə Banqladeşin prezidenti Md.Əbdül Həmidə təbrik məktubu ünvanlamışdır.

-24 dekabr 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Yeni il münasibəti ilə Banqladeşin Baş naziri Şeyx Hasinaya təbrik məktubu ünvanlamışdır.

-25 mart 2016-cı ildə Azərbaycan Respublikasının Xarici işlər naziri Elmar Məmmədyarov Banqladeşin Müstəqillik Günü ilə əlaqədar Xarici işlər naziri  Əbül Həssən Mahmud Əliyə təbrik məktubu ünvanlamışdır.

-29 iyun 2016-cı ildə Banqladeşin Prezidenti Md.Abdul Həmid Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə Azərbaycanın milli bayramı - Respublika Günü münasibəti ilə təbrik məktubu ünvanlamışdır.  

-29 iyun 2016-cı ildə Banqladeşin Baş naziri Şeyx Hasinan Azərbaycan Respublikasının Baş Naziri cənab Artur Rasi-zadəyə Azərbaycanın milli bayramı - Respublika Günü münasibəti ilə təbrik məktubu ünvanlamışdır.  

-6 sentyabr 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev Qurban bayramı münasibətilə Banqladeş Prezidenti Md. Əbdül Həmidə təbrik məktubu ünvanlamışdır.

-6 sentyabr 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev Qurban bayramı münasibətilə Banqladeşin Baş naziri Şeyx Hasinaya təbrik məktubu ünvanlamışdır.

-9 sentyabr 2016-cı ildə Xarici işlər naziri E.Məmmədyarov Qurban bayramı münasibətilə Banqladeşin Xarici işlər naziri Əbül Həssən Mahmud Əliyə təbrik məktubu ünvanlamışdır.

Yüksək səviyyəli qarşılıqlı səfərlər:

- Banqladeşin Mülki aviasiya və turizm naziri Muhammad Faruk Khan 29 may – 1 iyun 2013-cü ildə Bakıda keçirilmiş 2-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmişdir.

- 10-11 iyun 2013-cü ildə Banqladeşin Xarici işlər naziri Dipu Moni Azərbaycana rəsmi səfər etmiş, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edilmiş, Xarici işlər naziri E.Məmmədyarov, İqtisadiyyat və sənaye naziri Ş.Mustafayev, Səhiyyə naziri O.Şirəliyev, Dövlət Miqrasiya Xidmətinin rəisi F.Nəbiyevlə görüşmüşdür. 11 iyun 2013-cü ildə D.Moni Əl-Qüdsə dəstək məqsədilə İƏT Xarici işlər nazirlərinin Bakıda keçirilən konfransında iştirak etmişdir. Rəsmi səfər zamanı 2 Anlaşma Memorandumu imzalanmışdır.

- Banqladeşin Hindistandakı səfirliyinin 26 iyun 2014-cü ildə BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitəsinə seçkilərdə Banqladeşin nümayəndəsinin namizədliyinin dəstəklənməsi ilə bağlı müraciətinə Azərbaycan tərəfində baxılmış, 2015-ci ildə Dünya İrs Komitəsinə seçkilərdə Azərbaycanın namizədliyinin dəstəklənməsi qarşılığında Banqladeşin təklifi qəbul edilmişdir.

- Bakıda 2-5 may 2015-ci ildə keçirilmiş  AİB Rəhbərlər Şurasının 48-ci illik Toplantısında Banqladeşin Maliyyə Naziri Abul Maal A.Muhithin iştirak etmişdir.

Humanitar sahədə:

- Azərbaycan hökuməti Banqladeşdə qeyri-maddi mədəni irsin qorunması üzrə bacarıqların artırılması ilə bağlı YUNESKO-nun proqramı vasitəsilə ölkəyə 200.000 dollarlıq yardım göstərmişdir.

- 14 iyun 2016-ildə BMT-nin Baş Assambleyasında səsvermədə BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) 2017-2019-cu illərdə üzvü seçilmiş Azərbaycanın namizədliyini dəstəklədiyinə görə Banqladeş hökumətinə minnətdarlıq bildirilmişdir. 

-  “Mən Azərbaycan haqqında nə bilirəm” esse müsabiqəsinin Banqladeşdən olan iki gənc Gənclər və idman nazirliyinin dəvəti ilə 10-20 iyul 2016-cı ildə Azərbaycana səfər etmiş, Azərbaycanın mədəniyyəti, tarixi və adət-ənənələri ilə tanış olmuşlar.

-  23-30 oktyabr 2016-cı ildə ADA Universitetində keçirilmiş Xəzər hövzəsi ölkələrinin tədqiqatı proqramında Banqladeş Xarici işlər nazirliyinin əməkdaşı S.Əhməd iştirak etmişdir.

2015-ci ilin yanvar – iyun ayları ərzində Azərbaycanın Banqladeşlə ticarət dövriyyəsi $ 585,17 milyon olmuşdur.

İkitərəfli müqavilə-hüquq bazası:

2 saziş qüvvədədir.

1 saziş layihəsinə Azərbaycan tərəfində baxılır.

4 saziş layihəsinə Banqladeş tərəfində baxılır.

1 saziş müzakirədədir.

Yenilənib: 01.12.2016