Azərbaycan-Maldiv ikitərəfli münasibətləri

Qısa məlumat:

İki ölkə arasında diplomatik əlaqələr 20 dekabr 1994-cü ildə qurulmuşdur.

Yüksək səviyyəli əlaqələr:

  • 7 aprel 2015-ci ildə İ.Hacıyev Maldivin Hindistandakı səfiri Əhməd Məhəmmədin xahişi ilə onunla görüşmüş, ikitərəfli əməkdaşlıq imkanlarını müzakirə etmişdir.
  • 20 may 2015-ci ildə İ.Hacıyev Maldivin Dövlət naziri, xüsusi tapşırıqlar üzrə səfiri Abdullah Həmidin xahişi ilə onunla səfirlikdə görüşmüş, qarşılıqlı maraq doğuran məsələləri müzakirə etmişdir.
  • 28 may 2015-ci ildə Maldiv Prezidenti Abdulla Yamen Abdul Qayum Azərbaycanın milli bayramı – Respublika günü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlamışdır.
  • 28 may 2015-iı ildə Maldiv Prezidenti Abdulla Yamen Abdul Qayum Azərbaycanın milli bayramı – Respublika günü ilə əlaqədar Azərbaycan Respublikasının Baş Naziri Artur Rasi-zadəyə təbrik məktubu ünvanlamışdır.
  • 28 may 2015-ci ildə Maldiv Xarici işlər naziri Dünya Maumon Azərbaycanın milli bayramı – Respublika günü ilə əlaqədar Azərbaycan Respublikasının Xarici işlər naziri Elmar Məmmədyarova təbrik məktubunu ünvanlamışdır.  
  • 17 iyul 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycanın milli bayramı – Respublika günü ilə əlaqədar təbrikinə görə Maldivin Prezidenti Abdulla Yamin Abdul Qəyyuma minnətdarlıq məktubu ünvanlamışdır.
  • 17 iyul 2015-ci ildə Ramazan bayramı ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Maldivin Prezidenti Abdulla Yamin Abdul Qəyyuma təbrik məktubu ünvanlamışdır.
  • 23 iyul 2015-ci ildə Maldivin Müstəqilliyinin 50-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Maldivin prezidenti Abdulla Yamin Abdul Qəyyuma təbrik məktubu ünvanlamışdır.
  • 24 iyul 2015-ci ildə Ramazan bayramı ilə əlaqədar Azərbaycan Respublikasının Maliyyə naziri Samir Şərifov Maldivin Maliyyə və xəzinə naziri Abdulla Jihada təbrik ünvanlamışdır.
  • 22 dekabr 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Yeni il münasibəti ilə Maldivin prezidenti Abdulla Yamin Abdul Qəyyuma təbrik məktubu ünvanlamışdır.
  • 25 dekabr 2015-ci ildə Maldiv prezidenti Abdulla Yamin Abdul Qəyyum Yeni il münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təbrik məktubu ünvanlamışdır.
  • 8 mart 2016-cı ildə Hindistanda səfərdə olan Maldivin keçmiş prezidenti Maumun Abdul Qayumun iştirakı ilə  “İcmalçıların Tədqiqat Fondu” tərəfindən təşkil edilmiş “İslam sülh dinidir” tədbirində səfir onunla görüşmüş, Azərbaycanla bağlı onu məlumatlandırmış, ölkəmizə səfəri imkanlarını müzakirə etmişdir.
  • 30 may 2016-cı ildə Maldiv Prezidenti Abdulla Yamen Abdul Qayum Azərbaycanın milli bayramı – Respublika günü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlamışdır.
  • 30 may 2016-cı ildə Maldiv Prezidenti Abdulla Yamen Abdul Qayum Azərbaycanın milli bayramı – Respublika günü ilə əlaqədar Azərbaycan Respublikasının Baş Naziri Artur Rasi-zadəyə təbrik məktubu ünvanlamışdır.
  • 30 may 2016-cı ildə Maldiv Xarici işlər naziri Dünya Maumon Azərbaycanın milli bayramı – Respublika günü ilə əlaqədar Azərbaycan Respublikasının Xarici işlər naziri Elmar Məmmədyarova təbrik məktubu ünvanlamışdır.  
  • 6 iyun 2016-ildə Maldiv Prezidenti Abdulla Yamen Abdul Qayum Ramazan bayramı münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təbrik məktubunu ünvanlamışdır.  
  • 6 iyun 2016-ildə Maldiv Prezidenti Abdulla Yamen Abdul Qayum Ramazan bayramı münasibəti ilə Azərbaycan Respublikasının Baş  naziri cənab Artur Rasi-zadəyə təbrik məktubunu ünvanlamışdır.  
  • 22 iyun 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycanın milli bayramı – Respublika günü ilə əlaqədar təbrikinə görə Maldivin Prezidenti Abdulla Yamin Abdul Qəyyuma minnətdarlıq məktubu ünvanlamışdır.
  • 25 avqust 2016-cı ildə Azərbaycan Respublikasının Xarici işlər naziri E.Məmmədyarov Maldivin  yeni Xarici işlər naziri Məhəmməd Asimə təyin olunması ilə bağlı təbrik məktubu ünvanlamışdır.
  • 9 sentyabr 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev Qurban bayramı münasibətilə Maldiv Prezidenti Əbdül Qəyyuma təbrik məktubu ünvanlamışdır.
  • 9 sentyabr 2016-cı ildə Xarici işlər naziri E.Məmmədyarov Qurban bayramı münasibətilə Maldivin Xarici işlər naziri Dr. Məhəmməd Asimə təbrik məktubu ünvanlamışdır.
  • 2 oktyabr 2016-ildə Maldiv Prezidenti Abdulla Yamen Abdul Qayum Hicri Yeni İli münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təbrik məktubunu ünvanlamışdır. 
  • 2 oktyabr 2016-ildə Maldiv Prezidenti Abdulla Yamen Abdul Qayum Qayum Hicri Yeni İli münasibəti ilə Azərbaycan Respublikasının Baş  naziri cənab Artur Rasi-zadəyə təbrik məktubunu ünvanlamışdır.
  • 18 oktyabr 2016-cı ildə İslam Əməkdaşlıq Təşkilatı xarici işlər nazirləri şurasının 43-cü iclasında iştirak etmək məqsədilə Daşkənddə işgüzar səfərdə olan xarici işlər naziri Elmar Məmmədyarov Maldiv Respublikasının xarici işlər naziri Məhəmməd Asim ilə görüşmüşdür.

Yüksək səviyyəli qarşılıqlı səfərlər:

  • 2014-cü ilin avqustunda Maldiv hakimi Ayşa Sucunun BMT proqramı çərçivəsində Azərbaycana səfər etmişdir.
  • 20-21 oktyabr 2014-cü ildə Bakıda keçirilmiş qadınların inkişafda roluna həsr olunmuş İƏT üzv-dövlətləri nazirlərinin konfransında Maldivin Baş prokuroru M.Anil, Hüquq və Qender məsələləri üzrə Dövlət naziri iştirak etmişdir.
  • Bakıda 2-5 may 2015-ci ildə keçirilmiş  AİB Rəhbərlər Şurasının 48-ci illik Toplantısında Maldivin Maliyyə və xəzinə naziri Abdulla Cihad iştirak etmişdir.
  • 24-28 iyul 2015-ci ildə Səfir İ.Hacıyev Maldivə səfər ermiş, ölkənin Müstəqilliyinin 50-ci ildönümü ilə bağlı tədbirlərdə iştirak etmiş, Prezident A.Qayum və Xarici işlər naziri D.Maumunla görüşmüşdür.
  • 14 iyun 2016-ildə BMT-nin Baş Assambleyasında səsvermədə BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) 2017-2019-cu illərdə üzvü seçilmiş Azərbaycanın namizədliyini dəstəklədiyinə görə Maldiv hökumətinə minnətdarlıq bildirilmişdir. 

 

2015-ci ilin yanvar-iyun ayları ərzində ikitərəfli ticarət dövriyyəsi $1,09 milyon olmuşdur.

İkitərəfli müqavilə-hüquq bazası 

İki ölkə arasında imzalanmış və baxılmaqda olan sənəd yoxdur.                        

 Yenilənib: 01.12.2016