Azərbaycan-Nepal ikitərəfli münasibətləri

Qısa tarixi məlumat:

İki ölkə arasında diplomatik əlaqələr 28 fevral 1995-ci ildə qurulmuşdur.

Yüksək səviyyəli əlaqələr:

  • 25 aprel 2015-ci ildə Azərbaycan Prezidenti cənab İlham Əliyev Nepal Federativ Demokratik Respublikasının Prezidenti cənab Ram Baran Yadavaya ölkədə baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı başsağlığı vermişdir.
  • 26 may 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nepalın milli bayramı – Respublika günü ilə münasibətilə Nepalın Prezidenti Ram Baran Yadava təbrik məktubu ünvanlamışdır.
  • 25 may 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Nepalın prezidenti Bidya Devi Bhandariyə Nepalın milli bayramı – Respublika günü münasibətilə təbrik məktubu ünvanlamışdır.
  • 22 iyun 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycanın milli bayramı – Respublika günü ilə əlaqədar təbrikinə görə Nepalın prezidenti Bidya Devi Bhandariyə minnətdarlıq məktubu ünvanlamışdır.
  • 15 sentyabr 2016-cı ildə Səfir İ.Hacıyev Nepalın Baş naziri Puşpa Kamal Dahalın Hindistana səfəri çərçivəsində Tac Mahal otelində təşkil olunmuş tədbirdə iştirak etmiş və Baş Nazirlə görüşmüşdür.

 

Yüksək səviyyəli qarşılıqlı səfərlər:

  • 2-5 may 2015-ci ildə Bakıda keçirilmiş  AİB Rəhbərlər Şurasının 48-ci illik Toplantısında Nepalın Maliyyə naziri Ram Sharan Mahat iştirak etmişdir.
  • 28-30 oktyabr 2014-cü ildə Nepalın Gənclər və İdman naziri və bir əməkdaşı Azərbaycanda keçirilən I Gənclər Siyasəti üzrə Qlobal Forumunda iştirak etmişdir.

Humanitar sahədə:

  • 29 aprel 2015-ci ildə Azərbaycan Prezidenti cənab İlham Əliyevin göstərişinə əsasən, Azərbaycan hökuməti adından Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən “BE-200ÇS” tipli təyyarə ilə Nepal Federativ Demokratik Respublikasına humanitar yardım göndərilmişdir. Prezidentin göstərişinin icrasının davamı olaraq, 13 Azərbaycan və 4 Gürcüstan vətəndaşı həmin təyyarə ilə Nepalda təbii fəlakət zonasından təxliyə edilmişdir.
  • 14 iyun 2016-ildə BMT-nin Baş Assambleyasında səsvermədə BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) 2017-2019-cu illərdə üzvü seçilmiş Azərbaycanın namizədliyini dəstəklədiyinə görə Nepal hökumətinə minnətdarlıq bildirilmişdir. 
  • “Mən Azərbaycan haqqında nə bilirəm” esse müsabiqəsinin Nepaldan olan  qalibi P.Jha Gənclər və idman nazirliyinin dəvəti ilə 10-20 iyul 2016-cı ildə Azərbaycana səfər etmiş, Azərbaycanın mədəniyyəti, tarixi və adət-ənənələri ilə tanış olmuşdur.

2015-ci ilin yanvar-iyun ayları ərzində ikitərəfli ticarət dövriyyəsi $66,11 milyon olmuşdur.

İkitərəfli müqavilə-hüquq bazası:

İki ölkə arasında imzalanmış və baxılmaqda olan sənəd yoxdur.          

Yenilənib: 01.12.2016