Azərbaycan-Şri Lanka ikitərəfli münasibətləri

Qısa məlumat:

12 fevral 1992-ci ildə Şri Lanka Azərbaycanın dövlət müstəqilliyini tanımışdır. İki ölkə arasında diplomatik əlaqələr 4 avqust 1992-ci ildə qurulmuşdur.

Yüksək səviyyəli əlaqələr:

  • 1 fevral 2016-cı ildə Şri Lankanın milli bayramı – Müstəqillik günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Şri Lanka  Prezidenti Maytripala Sirisenaya təbrik məktubu ünvanlamışdır.
  • 4 fevral 2016-cı ildə Şri Lankanın milli bayramı – Müstəqillik günü münasibətilə Xarici işlər naziri Elmar Məmmədyarov Şri Lankanın Xarici işlər naziri Mangala Samaraveraya təbrik məktubu ünvanlamışdır.
  • 21 iyun 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycanın milli bayramı – Respublika günü ilə əlaqədar təbrikinə görə Şri Lankanın Prezidenti Maithripala Sirisenaya minnətdarlıq məktubu ünvanlamışdır.  

Yüksək səviyyəli qarşılıqlı səfərlər:

  • Nazir E. Məmmədyarov 5-8 may 2013-cü ildə Şri Lankaya rəsmi səfər etmiş, Şri Lanka Prezidenti Mahinda Racapaksa, Xarici işlər naziri Qamini Lakşman Peiris, İqtisadi inkişaf naziri Basil Racapaksa, Neft sənayesi naziri Anura Pridharşana Yapa, Sənaye və ticarət naziri Rişad Bathiudin ilə görüşmüşdür. Səfər zamanı XİN-lər arasında əməkdaşlığa dair Protokol imzalanmışdır.
  • Səfir İ.Hacıyev 1-5 fevral 2015-ci ildə Şri Lankaya səfər etmiş, ölkənin Müstəqilliyinin 67-ci ildönümü ilə bağlı tədbirlərdə iştirak etmiş, Prezident Maithripala Sirisena və Xarici işlər naziri Manqala Samaraveera ilə görüşmüşdür.
  • Şri Lankanın Mədəniyyət və incəsənət naziri T.B.Ekanayake 29 may – 1 iyun 2013-cü ildə Bakıda keçirilmiş 2-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmişdir.
  • 1-5 fevral 2016-cı ildə İ.Hacıyev Şri Lankaya səfər etmiş, ölkənin Müstəqilliyinin 68-ci ildönümü ilə bağlı tədbirlərdə iştirak etmiş, Xarici işlər naziri Manqala Samaravera ilə görüşündə onun Azərbaycana qarşılıqlı səfəri imkanlarını müzakirə etmişdir.

Humanitar sahədə:

  • 6-10 may 2014-cü ildə Kolomboda keçirilmiş Ümumdünya Gənclər Konfransı-2014-də Azərbaycan nümayəndə heyəti iştirak etmişdir.
  • 4-17 iyul 2015-ci ildə keçirilmiş 9-cu Bakı Yay Enerji  Məktəbində Şri Lankanın Mədən və Geoloji tədqiqat bürosunun direktor müavini Saccana de Silvanın iştirak etmişdir.
  • 14 iyun 2016-ildə BMT-nin Baş Assambleyasında səsvermədə BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) 2017-2019-cu illərdə üzvü seçilmiş Azərbaycanın namizədliyini dəstəklədiyinə görə Şri Lanka hökumətinə minnətdarlıq bildirilmişdir. 

2015-ci ilin yanvar-iyun ayları ərzində ikitərəfli ticarət dövriyyəsi $6057,41 milyon olmuşdur.

 

İkitərəfli müqavilə-hüquq bazası:

1 saziş qüvvədədir.

1 saziş razılaşdırılmışdır.

Yenilənib: 01.12.2016