MƏHKUMLUQ BARƏDƏ ARAYIŞ

Məhkumluq barədə arayış şəxsin müraciəti və şəxsiyyətini təsdiq edən sənəd əsasında verilir.

Müraciətlər baxılması üçün Səfirlik tərəfindən Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsi vasitəsilə DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə göndərilir və müvafiq yoxlamadan sonra hazırlanmış arayışlar Azərbaycan Respublikası Xarici İşlər Nazirlyi vasitəsilə alınaraq ərizəçiyə təqdim edilir. Arayışın alınması iki aya qədər vaxt tələb edə bilər.

Tələb olunan sənədlər:

  • ərizəçi tərəfindən imzalanmş Səfirliyə ünvanlanan ərizə (ərizəçinin soyadı, adı, atasının adı, doğulduğu yer, tarix, vətəndaşlığı və yaşadığı ünvan, pasportunun yaxud şəxsiyyət vəsiqəsinin seriyası, nömrəsi, verilmə tarixi və verən orqanın adı qeyd olunur);
  • Azərbaycan Respublikasından sənədin sorğu edilməsi haqqında ərizə-anket (əlavə olunur);
  • pasport yaxud şəxsiyyət vəsiqəsinin əsli;
  • notariat qaydasında təsdiq edilmiş etibarnamə (şəxsin özünün iştirakı mümkün olmadıqda);
  • əcnəbilər üçün Azərbaycan vizalarının və vardırsa Azərbaycanda işləmək, yaşamaq icazələrin surətləri;
  • sənədin sorğu əsasında alınması üçün $25 konsulluq rüsumunun ödənilməsi barədə qəbz;
  • 18 yaşına çatmamış, həmçinin qəyyumluq və himayəçilik altındakı şəxslərin adından onların valideynlərinin yaxud qanuni nümayəndələri müraciət etməlidir.