SUBAYLIQ HAQQINDA ARAYIŞ

Subaylıq haqqında arayışın alınması üçün Səfirliyin Konsulluq şöbəsinə  aşağıda qeyd olunan sənədlər təqdim olunmalıdır:

  1. ərizəçinin səfirliyə ünvanlanan ərizəsi (əlavə olunur)
  2. Sənədin Azərbaycan Respublikasından alınması üçün ərizə blankı (əlavə olunur);
  3. Şəxsiyyəti və vətəndaşlığı təsdiq edən sənədlər (pasport, şəxsiyyət vəsiqəsi)
  4. doğum haqqında şəhadətnamə;
  5. iki ədəd fotoşəkil (3x4 ölçüdə, ağ fonda)
  6. ərizəçinin Hindistanda daimi və ya müvəqqəti yaşaması barədə sənədlər;
  7. əvvələr nikahda olan şəxslər üçün:
  • boşanmışsa bu barədə sənədin surəti,
  • nikah pozulmuşsa bu barədə sənədin surəti,
  • əvvəlki nikah etibarsız sayılmışsa bu barədə sənədin surəti,
  • əvvəllər nikahda olduğu şəxs ölmüşdürsə ölüm haqqında sənədin surəti;
  1. dövlət rüsumunun  ödənilməsi barədə qəbz ($30);