2016-03-21
Novruz bayramı Hindistanda qeyd edilmişdir

21 mart 2016-cı ildə Dehlidə Azərbaycan, Əfqanıstan, İran, Pakistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Türkiyə Səfirliklərinin təşkilatçılığı ilə Beynəlxalq Novruz Günü keçirilmişdir.

Tədbirdə Hindistan Xarici İşlər Nazirinin şərq ölkələri üzrə müavini xanım Priti Saran iştirak etmişdir.

Şənlikdə təşkilatçı ölkələrin milli mətbəx nümunələri, mədəniyyətini əks etdirən stendlər qurulmuş, incəsənət ustaları çıxış etmişdir.

 

növbəti xəbər əvvəlki xəbər