2018-04-05
No:076/18,Xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə rəsmi səfərdə olan Hindistanın xarici işlər naziri xanım Suşma Svarajın başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi

Ölkəmizdə olmasından məmnunluğunu bildirən Hindistan xarici işlər naziri Qoşulmama hərəkatı çərçivəsindəxarici işlər nazirlərinin aralıq nazirlər konfransının yüksək səviyyədə təşkilinə görəAzərbaycan tərəfinə minnətdarlığını bildirdi. Xanım Suşma Svaraj Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul olunduğunu və görüş zamanıçox faydalı müzakirələrin aparıldığını qeyd etdi.

Nazirlər Qoşulmama Hərəkatının beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasında oynadığı mühüm rolu vurğuladılar.

Tərəflər iki ölkə arasında siyasi və iqtisadiəlaqələrinin möhkəmləndirilməsində yüksək səviyyəli görüşlərin vacibliyini vurğuladılar və enerji, investisiya qoyuluşu, film sənayesi, informasiya texnologiyaları, kənd təsərrüfatı, turizm, əczaçılıq və digər sahələrdəəməkdaşlıq üçün geniş potensialın olduğunu bildirdilər. İqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsində Hökumətlərarası birgə komissiyanın rolu qeyd olundu.

Söhbət zamanı tərəflər Şimal-Cənub və Cənub-Qərb nəqliyyat marşrutları barədə fikir mübadiləsi apardılar. Cənub Asiya regionunu Şərqi və Şimali Avropa regionları ilə birləşdirən bu nəqliyyat dəhlizlərinin region ölkələri arasında yük daşımalarının və insanlararası təmasların artmasına təkan verəcəyini vurğuladılar.

Qonaq Hindistanın Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı üzrə Azərbaycanın və digər tərəfdaş ölkələrin səylərini dəstəklədiyini bildirdi. O, Baku-Tbilisi-Qars nəqliyyat dəhlizinin işə düşməsi ilə bağlı Azərbaycanı təbrik etdi.

Görüşdə tərəflər parlamentlərarası əlaqələrin inkişafı, müqavilə-hüquq bazasının genişləndirilməsi və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə də toxundular.

Elm-təhsil sahəsində əməkdaşlığın vacibliyini qeyd edən nazirlər diplomatik təhsil müəssisələri arasında tələbə-müəllim mübadiləsi məsələsini nəzərdən keçirdilər.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesi haqqında məlumat verən nazir Elmar Məmmədyarov Ermənistanın BMT Təhlükəsizlik Şurasının münaqişə ilə əlaqədar müvafiq qətnamələrinin Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasına dair tələblərini yerinə yetirmədiyini və Azərbaycan ərazilərini işğal altında saxlamaqda davam etdiyini diqqətə çatdırdı.

Görüşün sonunda nazirlər “Azərbaycan Respublikası Hökuməti ilə Hindistan Respublikası Hökuməti arasında diplomatik, rəsmi və xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında Saziş”i imzaladılar. "Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin ADA Universiteti və Hindistan Respublikasının Xarici İşlər Nazirliyinin Xarici Xidmət İnstitutu arasında Anlaşma Memorandumu" nazir müavini, ADA Universitetinin rektoru Hafiz Paşayev və Hindistan Respublikasının Xarici İşlər Nazirliyinin katibi (Qərb) xanım Ruçi Qranaşyam tərəfindən imzalandı.

Daha sonra nazirlər birgə mətbuat konfransı keçirdilər.

növbəti xəbər əvvəlki xəbər