COP29 Sədrliyi Nepala səfər edib
COP29 Sədrliyinin Nepala səfəri bu ölkənin Baş naziri Khadqa Prasad Şarma Oli ilə ikitərəfli görüş keçirilməsi ilə yekunlaşıb .
Nepalın Baş naziri Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) rəhbəri Muxtar Babayev ilə görüşdə dağlıq bölgələrdə iqlim dəyişikliyi problemlərini müzakirə edib. Qeyd olunub ki, COP29-da verilən vədlər inkişaf etməkdə olan ölkələr üçün nəzərəçarpacaq irəliləyişlə müşayiət olunacaq.
COP29 Sədrliyi bu mühüm məsələlərin həlli üçün “Sagarmatha Sambaad”a ev sahibliyi etdiyinə görə Nepal hökumətinə minnətdarlığını bildirib.
Qeyd edək ki, Nepal hökuməti mayın 16-18-də Katmanduda “İqlim dəyişikliyi, dağlar və bəşəriyyətin gələcəyi” mövzusunda “Sagarmatha Sambaad” adlı ilk beynəlxalq iqlim sammitini təşkil edib.
https://azertag.az/xeber/cop29_sedrliyinin_nepala_seferi_basa_chatib-3564175