Azərbaycan 2026-cı ildə Ümumdünya Ətraf Mühit Gününə ev sahibi seçilib
UNEP-in icraçı direktoru İnger Andersenin Azərbaycana rəsmi səfəri zamanı ölkəmizin 2026-cı il Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edəcəyi ilə bağlı elan edilib.
5 iyun 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü ətraf mühitlə bağlı iştirak və fəaliyyət üçün ən böyük qlobal platformadır. 1972-ci ildə BMT Baş Assambleyası tərəfindən təsis edilmiş bu gün insanlar və planet üçün ekoloji tərəqqinin sürətləndirilməsinə yönəlmiş fəaliyyət və tədbirlərdə iştirak edən milyonlarla insanı ruhlandırır. Ümumdünya Ətraf Mühit Günü 2026 tədbiri çərçivəsində Azərbaycan ev sahibi qismində diqqəti iqlim dəyişikliyinə yönəldəcək.