Bir ölkədə rəsmiləşdirilən sənəd apostil yaxud konsul leqallaşdırmasından sonra digər ölkədə qüvvəyə malik olur.
Apostil
- Apostil müqaviləsi
“Xarici Rəsmi Sənədlərin leqallaşdırılması tələbini ləğv edən” 5 oktyabr 1961-ci il tarixli Haaqa Konvensiyasına üzv ölkələrin səlahiyyətli orqanları sənədlərə Apostil vurmaqla onları Konvensiyanın iştirakçısı olan bütün dövlətlər üçün leqallaşdırırlar.
2005-ci ildə Konvensiyaya üzv olan Azərbaycan və Hindistan Apostili tətbiq edirlər. Səfirliyin akkreditə olunduğu Banqladeş, Butan, Maldiv, Nepal və Şri Lankada apostil qəbul olunmur. Bu ölkələrdə və Azərbaycanda istifadə olunan sənədlər leqallaşdırılmalıdır.
- Azərbaycanda Apostil
Azərbaycanda:
-məhkəmələr, prokurorluq və ədliyyə orqanları tərəfindən verilən,
-notariat qaydasında təsdiq olunan,
-vətəndaşlıq vəziyyətinin dövlət qeydiyyatına dair
sənədlərə Ədliyyə Nazirliyi yaxud "ASAN xidmət" mərkəzləri tərəfindən, digər sənəndlərə Xarici İşlər Nazirliyi tərəfindən apostil vurulur .
Səfirlikdə sənədlərə apostil vurulmur.
Azərbaycanda verilən sənədlərin leqallaşdırması
1. Azərbaycanda təsdiq üçün:
- sənədin surəti təqdim edildikdə notariat tərəfindən təsdiq olunur,
- sənədin tərcüməsi təqdim edildikdə tərcüməçinin imzasının həqiqiliyi notariat tərəfindən təsdiq edilir,
- notariusun imzasının və möhürün həqiqiliyi Ədliyyə Nazirliyi tərəfindən təsdiq edilir və Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinə təqdim edilir.
Sənədin növbəti təsdiq üçün iki yol vardır:
- müvafiq ölkənin Azərbaycandakı səfirliyində yaxud konsulluğunda təsdiq,
- Azərbaycanın həmin ölkədəki səfirliyində yaxud konsulluğunda təsdiq.
Hər iki halda sənəd müvafiq ölkənin Xarici İşlər Nazirliyi tərəfindən təsdiq edilir, bundan sonra leqallaşdırılmış hesab olunur.
Diqqət!
Aşağıdakı sənədlərin əsilləri və surətləri Azərbaycanın dövlət orqanları tərəfindən leqallaşdırılmır:
-Azərbaycan Respublikası vətəndaşlarının şəxsiyyət vəsiqəsi,
-partiya mənsubiyyətinə aid sənədlər,
-həmkarlar itifaqlarının biletləri,