“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 07 noyabr 2025

Azərbaycanın Hindistandakı Səfirliyi Nyu-Dehlidə mədəni tədbir təşkil edib

2025-ci il 6 noyabr tarixində Azərbaycanın Hindistandakı Səfirliyi tərəfindən paytaxt Nyu-Dehli şəhərində mədəni tədbir təşkil edilib.

“Mədəni müxtəliflik: Azərbaycanın təkrarolunmaz incəsənətini, zəngin tarixini və ləziz dadlarını kəşf edin” mövzusunda keçirilən tədbirdə Nyu-Dehlidə akkreditə olunmuş səfirlərin həyat yoldaşları, qadın diplomatlar, sosial sahədə fəal olan qadın təşkilatlarının nümayəndələri iştirak ediblər.

Tədbir çərçivəsində ölkəmizin tarixi, təbiəti, mədəniyyəti, incəsənəti, arxitekturası, turizmi, multikulturalizm ənənələrinə həsr olunmuş video çarxlar nümayiş etdirilib, xalq mahnıları və bəstəkar musiqi nümunələri səsləndirilib. Qonaqlara milli mətbəximizin ən çox sevilən yeməkləri, çay və şərablarımız təqdim edilib.

Xalqlar arasında mədəni mübadilənin təşviqi, Azərbaycanın keçdiyi yol və müasir inkişafının Hindistan cəmiyyətində təbliği məqsədini daşıyan bu tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti