“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 26 oktyabr 2019

Prezident İlham Əliyev Banqladeşin Baş Naziri xanım Şeyx Hasinanı qəbul edib VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da Banqladeş Xalq Respublikasının Baş Naziri xanım Şeyx Hasinanı qəbul edib.

AZƏRTAC xəbər verir ki, Banqladeş Xalq Respublikasının Baş Naziri xanım Şeyx Hasina Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünün yüksək səviyyədə təşkilinə, həmçinin nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirdi.

Dövlətimizin başçısı üzv dövlətlərin yekdil dəstəyi ilə Azərbaycanın Qoşulmama Hərəkatına sədr seçilməsinin ölkəmizə olan yüksək etimadın və hörmətin təzahürü olduğunu vurğuladı.

Görüşdə Qoşulmama Hərəkatının gündəliyində duran məsələlər, həmçinin kənd təsərrüfatı, humanitar, mədəniyyət və digər sahələrdə əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparıldı.

Daha sonra Azərbaycan Respublikası Hökuməti və Banqladeş Xalq Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Saziş imzalandı.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti