“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 23 fevral 2026

Səfir Elçin Hüseynli Azərbaycan-Hindistan münasibətlərinin hazırkı vəziyyəti ilə bağlı çıxış etdi

Səfir Elçin Hüseynli Hindistan Beynəlxalq Mərkəzinin Xarici Siyasət Qrupu qarşısında Azərbaycan-Hindistan münasibətlərinin hazırkı vəziyyəti ilə bağlı təqdimatla çıxış edərək, iki ölkə arasında daha yaxşı əlaqələrin qurulmasını tələb edən vacib məsələlər barədə fikirlərini bölüşdü.

 

Tanınmış veteran hind diplomatı K.P.Fabianın sədrliyi ilə təşkil edilən hibrid formatlı tədbirdə Hindistan diplomatiyası, akademik dairələri və media nümayəndələri iştirak etdi.

 

Qeyd etmək istərdik ki, ölkənin aparıcı mədəniyyət qurumlarından biri kimi tanınan Hindistan Beynəlxalq Mərkəzi dövlət xadimlərinin, diplomatların, siyasətçilərin, ziyalıların, elm adamlarının, hüquqşünasların, yazıçıların, sənətçilərin və vətəndaş cəmiyyəti üzvlərinin beynəlxalq əməkdaşlıq ruhunda yeni ideya və bilik mübadiləsi aparmaq üçün görüşdüyü qeyri-hökumət təşkilatıdır.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti