Səfir Elçin Hüseynli İdarəetmə Təhsili və Tədqiqat İnstitutunun (MERI) rəhbər şəxsləri ilə görüş keçirib
Yanvarın 23-də səfir Elçin Hüseynli Nyu-Dehli şəhərində yerləşən İdarəetmə Təhsili və Tədqiqat İnstitutunu (MERI) ziyarət etdi.
MERI-nin vitse-prezidenti professor Lalit Aqqarval və MERI Beynəlxalq Tədqiqat Mərkəzinin direktoru professor Ramakant Dvivedi ilə görüşən E.Hüseynli təhsil sahəsində beynəlxalq əməkdaşlığın dövlətlərarası münasibətlərin inkişafı, xalqlararası əlaqələrin və qarşılıqlı anlaşmanın gücləndirilməsi, təcrübələrin paylaşılması və nəticə etibarilə davamlı inkişafın təmin edilməsi üçün çox vacib olduğunu vurğuladı.
Məhsuldar keçən görüşdə hər iki tərəf məlumatlandırıcı təqdimatlarla çıxış etdi. İdarəetmə Təhsili və Tədqiqat İnstitutu (MERI) ilə aparıcı Azərbaycanın universitetləri arasında potensial akademik əməkdaşlıq mövzusunda maraqlı müzakirələr aparıldı.