Səfir Elçin Hüseynli Mumbayda keçirilən OTM-2026 sərgisində Azərbaycan stendini ziyarət edib
5-7 fevral tarixlərində Hindistanın Mumbay şəhərində OTM-2026 (Outbound Travel Mart) beynəlxalq turizm sərgisi keçirildi.
Cənubi Asiyanın ən irimiqyaslı ve nüfuzlu turizm sərgilərindən biri sayılan bu tədbirdə Azərbaycan Turizm Bürosunun (ATB) idarə heyətinin sədri Florian Zenqstşmidin rəhbərlik etdiyi heyət, həmçinin Azərbaycan Hava Yolları (AZAL), Pasha Travel və digər şirkətlərin 20-yə yaxın nümayəndələri vahid stendlə iştirak etdilər.
Fevralın 6-da səfir E.Hüseynli Mumbay şəhərinə səfər edərək Azərbaycan stendini ziyarət etdi, ATB və ölkəmizi təmsil edən şirkətlərin nümayəndələri ilə görüşdü, Azərbaycan və Hindistan arasında turizm sahəsində əlaqələrin cari vəziyyəti və qarşıdakı planları müzakirə etdi.