Türkiyə Respublikasına səfər edən Azərbaycan Respublikası vətəndaşlarının pasportlarının zəruri etibarlılığı barədə.

Türkiyə Respublikasına səfər edən Azərbaycan Respublikası vətəndaşlarının pasportlarının zəruri etibarlılığı barədə.

13 avqust 2020-ci il tarixində “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında vizadan azad etmə haqqında Saziş” qüvvəyə minmişdir. Sazişə əsasən Türkiyə Respublikasına səfər edən Azərbaycan Respublikası vətəndaşının pasportunun etibarlıq müddəti ən az 6 (altı) ay olmalıdır.

Bu baxımdan Türkiyəyə səfər etmək istəyən Azərbaycan vətəndaşları pasportlarının etibarlıq müddətinə diqqət yetirməlidirlər. Əgər bu müddət 6 aydan azdırsa, onlar etibarlılıq müddəti 6 aydan çox olan yeni pasport əldə edərək Türkiyəyə səfər etməlidirlər.

 

Xahiş edirik nəzərə alasınız.

Arxiv üzrə axtarış