SUBAYLIQ HAQQINDA ARAYIŞ
Subaylıq haqqında arayışın alınması üçün Səfirliyin Konsulluq şöbəsinə aşağıda qeyd olunan sənədlər təqdim olunmalıdır:
- ərizəçinin səfirliyə ünvanlanan ərizəsi (əlavə olunur)
- Sənədin Azərbaycan Respublikasından alınması üçün ərizə blankı (əlavə olunur);
- Şəxsiyyəti və vətəndaşlığı təsdiq edən sənədlər (pasport, şəxsiyyət vəsiqəsi)
- doğum haqqında şəhadətnamə;
- iki ədəd fotoşəkil (3x4 ölçüdə, ağ fonda)
- ərizəçinin Hindistanda daimi və ya müvəqqəti yaşaması barədə sənədlər;
- əvvələr nikahda olan şəxslər üçün:
- boşanmışsa bu barədə sənədin surəti,
- nikah pozulmuşsa bu barədə sənədin surəti,
- əvvəlki nikah etibarsız sayılmışsa bu barədə sənədin surəti,
- əvvəllər nikahda olduğu şəxs ölmüşdürsə ölüm haqqında sənədin surəti;
- dövlət rüsumunun ödənilməsi barədə qəbz ($10);