Elektron Növbə Portalı
Göstərilən xidmət səviyyəsinin təkmilləşdirilməsi və vətəndaş məmnunluğunun artırılması məqsədilə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Konsulluq idarəsi tərəfindən Elektron Növbə Portalı istifadəyə verilmişdir. Portal vasitəsilə müraciətlər üzrə öncədən onlayn qaydada qəbul vaxtının təyin edilməsi imkanı yaranmışdır. Müraciətçilər appointment.mfa.gov.az internet səhifəsinə daxil olaraq Azərbaycan Respublikasının Hindistandakı Səfirliyi tərəfindən göstərilən xidmətlər üzrə elektron növbə götürə bilərlər. Elektron Növbə Portalının istifadəsi ilə bağlı hər hansı xidmət haqqı nəzərdə tutulmamışdır. Əlavə məlumat almaq məqsədilə qeyd olunan linkə daxil ola bilərsiniz.
Qeyd: 12.12.2023-cü il tarixindən başlayaraq bütün müraciətçilər Səfirliyə yalnız Elektron Növbə Portalı vasitəsilə müraciət etməlidirlər (fövqəladə və müstəsna hallar istisna olmaqla). Səfirlik tərəfindən yalnız portal vasitəsilə daxil olan müraciətlər icraata qəbul ediləcəkdir.
Nəzərə alın ki, təyin edilmiş görüş zamanı yalnız bir ərizəçinin müraciəti qəbul olunacaq. Əgər bir neçə nəfər üçün müraciət olunursa (məsələn, ailə/qrup halında), hər bir ərizəçi üçün ayrıca görüş təyin edilməlidir.