ASAN Viza (e- Visa)

“ASAN Viza” sistemi vasitəsilə verilən elektron vizaların rəsmiləşdirilməsi proseduru Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən 10 yanvar 2017-ci il tarixindən etibarən həyata keçirilir.

Standart e-visa 3 iş günü ərzində rəsmiləşdirilir, rüsumu 20$-dır.

Təcili e-viza 3 saat ərzində əldə edilə bilər, rüsumu 60$-dır.

E-vizaların etibarlılıq müddəti 30 gündür.

Bu xüsusda, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər www.evisa.gov.az internet səhifəsinə daxil olduqda, ətraflı məlumatı alaraq, elektron viza üçün müraciət edə bilərlər.

Elektron viza verilən olkələrin siyahısı burada tanış olmaq olar: https://evisa.gov.az/az/countries

Səfirlik elektron vizaların rəsmiləşdirilməsi, elektron vizalara hər hansı dəyişiklərin və ya əlavələrin edilməsi, habelə elektron vizaların təsdiq edilməsi səlahiyyətlərinə malik deyil. E-viza ilə bağlı müraciətlər https://evisa.gov.az/az/contact səhifəsi vasitəsilə və ya info@evisa.gov.az elektron poçt ünvanına göndərilməlidir.

Arxiv üzrə axtarış