Xaricdə daimi və ya müvəqqəti yaşayan vətəndaşların qeydiyyatı
Xaricdə daimi və ya yaşayan vətəndaşların qeydiyyatı
Səfirliyin akkreditə olunduğu ölkələrin səlahiyyətli orqanları tərəfindən verilmiş müvafiq sənəd əsasında bu ölkələrdə daimi və ya müvəqqəti yaşayan Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Hindistandakı Səfirliyində uçota alınırlar.
Tələb olunan sənədlər:
- Doldurulmuş uçot vərəqəsi (buradan yüklənə bilər):
Əlavə 1 (daimi yaşayanlar üçün)
Əlavə 2 (müvəqqəti yaşayanlar üçün)
- Uçota alınan vətəndaşın rəngli fotoşəkili (3.5 x 4.5 ölçülü);
- Vətəndaşın pasportunun surəti;
- Vətəndaşın Səfirliyin akkreditə olunduğu ölkələrin birində daimi və ya müvəqqəti yaşamaq icazəsinə malik olmasını təsdiq edən sənəd(lər)in surəti.
Dövlət rüsumu
Azərbaycan Respublikası vətəndaşlarının konsulluq uçotuna alınması və xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikası vətəndaşlarının qeydiyyatı ödənişsiz yerinə yetirilir.
Müraciət forması
Sənədlər tam və düzgün tərtib edildikdən sonra Azərbaycan Respublikasının Hindistandakı Səfirliyinə təqdim edilməlidir.
Ünvan: Embassy of Azerbaijan Attn: Consular Section,
41, Paschimi Marg, Vasant Vihar, New Delhi - 110057