ÖLÜMÜN QEYDƏ ALINMASI

Xarici ölkədə vəvat edən aşağıdakı şəxslərin ölümünün qeydə alınması adlarına ölüm haqqında şəhadətnamənin verilməsi ən yaxın ölkədəki Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluğu tərəfindən aparıla bilər:

-  Azərbaycan Respublikasının vətəndaşları;

- Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə vəsiqəsinə malik əcnəbi;

 - Azərbaycan Respublikasında yaşayan vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsinə malik vətəndaşlığı olmayan şəxs;

Ölümün qeydə alınması  üçün təqdim olunan sənədlər və məlumatlar

1. Ölümün qeydə alınması üçün şifahi və ya yazılı müraciət (Səfirliyin konsulluq məsələləri üzrə məsul əməkdaşı ilə görüşdükdə ölüm barədə məlumat yazılı qaydada təqdim olunur); 

2. Ölmüş şəxsin şəxsiyyətini təsdiq edən sənədlər:

Azərbaycan vətəndaşları üçün:

  • pasport, dənizçinin şəxsiyyət sənədi,
  • şəxsiyyət vəsiqəsi,
  • Azərbaycan Respublikası tərəfindən verilmiş hərbi bilet,
  • Azərbaycan Respublikası tərəfindən verilmiş sürücülük vəsiqəsi
  • şəxsiyyətini və Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətini müəyyənləşdirən digər rəsmi sənədlər.

-        Azərbaycan Respublikasında qanuni əsaslarla daimi yaşayan əcnəbi üçün müvafiq icazə vəsiqəsi;

-        Azərbaycan Respublikasında qanuni əsaslarla daimi yaşayan vətəndaşlığı olmayan şəxslər üçün Azərbaycanda daimi yaşayan vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi.

3. Ölüm və dəqiq səbəbləri haqqında müvafiq xarici ölkənin (yerin) tibb müəssisəsinin arayışı

4. Ölüm haqqında tibbi arayış olmadıqda müvafiq məhkəmənin ölüm yaxud ölmüş elan edilmə haqqında qətnaməsi.

Ölümün qeydə alınması  üçün tələb olunan şərtlər

1. Müraciət əsasında.

Ölüm yaxud meyidin tapıldığı barədə məlumat 10 gün ərzində Səfirliyə bildirilməli, yazılı məlumat təqdim olunmalı, ölüm faktı haqqında müvafiq xarici ölkənin (yerin) tibb müəssisəsinin sənədi təqdim olunmalı

Belə olan halda Səfirliyin konsulluq məsələləri üzrə əməkdaşı ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə ölümü qeydə alır, şəxsin ölüm tarixi kimi tibbi arayışda göstərilən tarixi qeyd edir.

2. Məhkəmə qətnaməsi əsasında.

Tibbi arayış olmadıqda ölüm faktı məhkəmənin qətnaməsi ilə təsdiq edilir. Məhkəmənin qətnaməsi əsasında ölümün qeydə alınması həmin məhkəmənin olduğu yerdə aparılır, bu zaman onun ölüm tarixi kimi qətnamədə göstərilən tarix və ya qətnamənin qanuni qüvvəyə mindiyi tarix qeyd olunur.

3. Ölüm Haqqında Şəhadətnamənin rəsmiləşdirilməsi.

Ölüm haqqında məlumatlar akt kitablarında qeydə alındıqdan sonra ölmüş şəxsin adına ölüm haqqında şəhadətnamə rəsmiləşdirilir və müraciət etmiş yaxın qohumlarına təqdim olunur.

Qeyd: Müvafiq tibbi arayış yaxud məhkəmə qətnaməsi təqdim edilmədikdə ölüm qeydi edilmir.

Sənədlərin və digər məlumatların Səfirliyə təqdim olunması

1. Ölən şəxsin şəxsiyyəti təsdiq edən sənədlər Səfirlik tərəfindən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidməti orqanlarına təhvil verilməsi üçün Səfirliyə təqdim edilir. 

2. Ölmüş şəxs hərbi vəzifəli şəxs və ya çağırışçı olduqda hərbi bileti, hərbi xidmətlə bağlı digər sənədləri Səfirliyə təqdim edilir yaxud bu sənədlərin olmadığı bildirilir. Səfirlik sənədləri yaxud sənədlərin olmadığı barədə məlumatı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti orqanlarına təqdim edir.

3. Ölmüş şəxsin birgə yaşamış olduğu yetkinlik yaşına çatmayan və himayəsiz qalan uşaqları olarsa, bir gün ərzində uşaqların yaşadığı yerin icra hakimiyyətindəki qəyyumluq və himayə orqanlarına məlumat verilməsi üçün Səfirlik məlumatlandırılmalıdır.  

Rüsum

Ölümün qeydə alınması və ölüm haqqında ilkin şəhadətnamələrin verilməsi üçün dövlət rüsumu tələb olunmur.

Digər əməliyyatlar üçün dövlət rüsumları aşağıdakı kimidir:

  • ölüm haqqında akt qeydində dəyişikliklərin, düzəlişlərin, əlavələrin edilməsi və akt qeydlərinin bərpa olunması ilə əlaqədar şəhadətnamələrin verilməsinə görə $ 20;
  • 2) vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında arxiv materiallarına əsasən 
        təkrar şəhadətnamələrin verilməsinə görə $ 10

Ölüm haqqında təkrar şəhadətnamənin (arayışın) verilməsi barədə ərizənin nümunəsi əlavə olunur.

 Ölüm haqqında akt qeydinin nümunəsi əlavə olunur.

Hindistandan Azərbaycana daşınma

Yerli dövlət orqanları Hindistandan yaxud Hindistan vasitəsilə meyitin aparılması və sənədlərin tərtib olunması qaydalarında vaxtaşırı dəyişikliklərin edildiyini, əcnəbilərin müvafiq orqanlardan icazələr alması üçün tərcüməçiyə ehtiyacı olduğunu, uzun vaxt itirdiyini, əlavə xərclər çəkdiyini nəzərə alaraq ixtisaslaşmış karqo şirkətləri vasitəsilə işləməyi tövsiyə edirlər. Meyitin daşınması üçün aşağıda göstərilən bütün sənədlər bu şirkətlər vasitəsilə əldə edilə bilər.

Ölkədə əsasən isti hava şəraitinin və yoluxucu xəstəliklərin olmasını, sənədlərin əldə edilməsinin uzun vaxt aldığını nəzərə alaraq Səfirlik tələb olunan bütün məlumatların və sənədləşmələrin vaxtında təqdim edilməsini tövsiyə edir.

Tələb olunan sənədlər:

1. Meyidi göndərən və müvafiq aeroportun nəqliyyat xidməti Hindistanın Səhiyyə Nazirliyinin Hava Limanları üzrə Səhiyyə Təşkilatından (HSNHLST) gigiyena şəhadətnaməsi alınmalıdır.

HSNHLST şəhadətnaməsi üçün tələb olunan sənədlər:

  1. Səfirlik tərəfindən verilən Ölüm Şəhadətnaməsinin surəti;
  2. Ölüm haqqında ingilis dilində tibbi arayış;
  3. Ölən şəxsin passport və vizasının surəti
  4. Meyitin Hindistandan çıxışına qadağa qoyulmadığına dair yerli polis orqanlarının icazə sənədi (A, B və C bəndlərindəki sənədlər əsasında araşdırma aparılaraq verilir);
  5. Meyitin yoluxucu xəstəlik daşımaması, iylənməməsi və sıradan çıxmaması üçün dərmanlandığı barədə şəhadətnamə;
  6. Meyitin beynəlxalq daşınma üçün xüsusi tabuta qoyulması;

Qeyd: Tibbi arayışda ölümün səbəbləri dəqiq göstərilmədikdə və yerli polis orqanlarının icazə sənədi təqdim edilmədikdə HSNHLST şəhadətnaməsi verilmir.

 

2. Meyitin göndərildiyi ünvandan çatacağı ünvanadək nəql edilməsi barədə uçuş sənədləri hazırlanmalıdır.

3. Meyitin immiqrasiya və gömrük orqanlarının yoxlamalarından keçirildiyi barədə sənədlər əldə edilməlidir.

4. Dövlət rüsumlarının ödəndiyi barədə sənədlər müvafiq yerli orqanlara tədim edilməlidir.

5. Meyit Hindistandan transit qaydada aparıldıqda yaxud Hindistana gətirildikdə, əvvəlcədən Hindistanın müvafiq ölkədəki səfirlik yaxud konsulluqlarından bütün icazə sənədləri təmin edilməlidir.

6. Beynəlxalq nəqliyyat və yük daşınmalarında nəzərdə tutulan digər qaydalara riayət edilməlidir.

7. Meyitin daşınması üçün bir nəfər yaxını onunla eyni marşrut üzrə səfər etməli, onun daşınması əsnasında qarşıya çıxan sənədləşmə və digər məsələləri həll etməlidir.

Diqqət: Səhiyyə Nazirliyinin mütəmadi yenilədiyi siyahıda göstərilən xəstəliklər səbəbi ilə vəfat edən şəxslərin meyitlərinin Hindistana gətirilməsi qadağan edilir.

Arxiv üzrə axtarış