Viza barədə ümumi məlumat və Səfirlikdə Viza almaq üçün müraciət qaydaları

Səfirlikdə viza almaq üçün müraciət qaydaları

Azərbaycan Respublikasının Hindistan Respublikasındakı Səfirliyinin konsulluq xidməti 41, Paschimi Marg, Vasant Vihar, New Delhi – 110057 ünvanında yerləşən binasında həyata keçirilir. Hindistan ərazisində Səfirliyin başqa bir məntəqədə nümayəndəliyi, yaxud səlahiyyət verdiyi başqa qurum yoxdur. 

Viza üçün müraciət edənlər şəxsən Səfirliyə müraciət etməlidirlər. Əgər müəyyən səbəblərə görə şəxsin iştriakı mümkün deyilsə, müraciət səlahiyyətli nümayəndə vasitəsilə həyata keçirilə bilər. Bu halda, müraciətçinin səlahiyyətli nümayəndəsi notariat qaydada təsdiq edilmiş sənəd və şəxsiyyətini təsdiq edən sənəd təqdim etməlidir.

Sənədlər poçt yaxud kuryer şirkəti vasitəsilə qəbul edilmir.

 

Konsulluq xidmətinin iş saatları:

Çərşənbə axşamı və Cümə günləri

Səhər 10.00-12.00 (sənədlərin təqdim edilməsi)        

Günortadan sonra 15.00-17.00 (sənədlərin alınması)

Viza müraciətləri adətən 5–10 iş günü ərzində cavablandırılır.

 

Viza haqqında ümümi məlumat

Vizanın verilməsi üçün tələb olunan sənədlər

Viza rəsmiləşdirilməsi qaydaları

Dövlət rüsumu

Səfirliyin bank hesabı: RBL Bank LTD, Vasant Vihar Branch

Ünvan: 23, Basant Lok Market, Community Center, Vasant Vihar, New Delhi - 110057 

Alan: Embassy of the Republic of Azerbaijan

Hesab nömrəsi: 409001827829

Viza verilməsindən imtina edildikdə şəxs tərəfindən ödənilmiş dövlət rüsumu geri qaytarılmır!

Viza almaq üçün ərizə anket portalı (Qeyd: 25 yanvar 2023-cü il tarixində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin istifadəsi üçün “Viza almaq üçün ərizə-anket portalı” (www.visaapplication.mfa.gov.az) istifadəyə verilmişdir. Səfirlik yalnız yuxarıda qeyd olunan portal vasitəsilə göndərilən yeni müraciətləri qəbul edir.

Qeyd: Bu portal elektron viza almaq üçün nəzərdə tutulmayıb. Elektron viza müraciəti üçün www.evisa.gov.az saytına daxil olun.

Arxiv üzrə axtarış