Azərbaycan-Hindistan ikitərəfli münasibətləri

Qısa tarixi məlumat:

26 dekabr 1991-ci ildə Hindistan Azərbaycanın dövlət müstəqilliyini tanımışdır. İki ölkə arasında diplomatik əlaqələr 28 fevral 1992-ci ildə qurulmuşdur.

Hindistanın Azərbaycanda səfirliyi 1999-cu ilin martında, Azərbaycanın Hindistanda Səfirliyi 2004-cü ilin oktyabrında açılmışdır.

Yüksək səviyyəli əlaqələr:

  • 28 iyul 2015-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın keçmiş prezidenti, görkəmli dövlət və elm xadimi Abdul Kalamın vəfatı ilə əlaqədar Hindistan prezidenti Pranab Mukherjee başsağlığı verimişdir.
  • 22 yanvar 2016-cı ildə Hindistanın milli bayramı – Respublika günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Hindistan Prezidenti Pranab Mukherciyə təbrik məktubu ünvanlamışdır.
  • 21 iyun 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycanın milli bayramı – Respublika günü ilə əlaqədar təbrikinə görə Hindistanın Prezidenti Pranab Mukherciyə minnətdarlıq məktubu ünvanlamışdır.  

 

Yüksək səviyyəli qarşılıqlı səfərlər:

  • Hindistan Prezidenti Sarvepalli Radhakrişnan 1956-cı ildə, Baş nazir Cəvarhərləl Nehru 1961-ci ildə Azərbaycana səfər etmişlər.
  • Fevral 1998-ci ildə Hindistan xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini N.Dayal və xarici işlər nazirliyinin katibi A.Sen Bakıya səfər etmişdir.
  • 14 sentyabr 1999-cu ildə Asiyada Qarşılıqlı Əməkdaşlıq və İnam Müşavirəsinə   üzv ölkələrin xarici işlər nazirlərinin Almatıda görüşü çərçivəsində Azərbaycan xarici işlər naziri T.Zülfüqarov hindistanli həmkarı C.Sinqhlə görüşmüşdür.
  • 17-19 oktyabr 2001-ci ildə və 4-6 dekabr 2003-cü ildə Hindistan xarici işlər nazirinin müavini R.M.Abhyankar Azərbaycana səfər etmişdir.
  • 9-10 iyun 2005-ci ildə Hindistanın neft və təbii qaz naziri Mani Şankar Aiyar Bakı 12-ci Xəzər Neft-Qaz Sərgi və Konfransında iştirak etmiş, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilmişdir.
  • 9-12 yanvar 2006-cı ildə Hindistanın Maliyyə Nazirinin dəvəti ilə Azərbaycanın Maliyyə naziri Ə.Ələkbərov Hindistana səfər etmişdir
  • 10-12 aprel 2007-ci ildə Hindistanın Ticarət üzrə Dövlət Naziri C.Rameş Azərbaycana səfər etmişdir.
  • 16 noyabr 2009-cu ildə Ekologiya və təbii sərvətlər naziri H.Bağırov Ticari, iqtisadi, elmi və texnoloji əməkdaşlıq üzrə Azərbaycan-Hindistan Hökumətlərarası Komissiyasının ilk iclası ilə əlaqədar Hindistana səfər etmişdir.
  • 1-5 dekabr 2009-cu ildə Azərbaycan xarici işlər nazirinin müavini V.Sadıqov Azərbaycanın diplomatik xidmətinin 90 illik yubileyi münasibəti ilə Hindistanda təşkil edilmiş “Azərbaycan və Hindistan: müasir dövrdə əməkdaşlıq imkanları” konfransında iştirak etmişdir.  
  • 16-18 iyun 2011-ci ildə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsman) keçirdiyi Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümünə həsr olunmuş “Milli azlıqlar və miqrantların mədəni hüquqları: hüquqi aspektlər və implementasiya” 9-cu Beynəlxalq konfransda Hindistan İnsan Hüquqları Milli Komissiysının üzvü B.C. Patel və Hindistan Uşaq Hüquqları Milli Komissiyasının üzvü D.Dikşit iştirak etmişlər.
  • 24-25 iyun 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyası tərəfindən keçirilən dövlət qulluğuna qəbulda şəffaflığın artırılması haqda seminarda Hindistanın Dövlət Qulluğu Komissiyasının (UPSC) üzvü Nirbhay Şarma iştirak etmişdir.
  • 19-22 fevral 2012-ci ildə Hindistan Sənaye Konfederasiyasının nümayəndə heyəti Azərbaycan-Hindistan biznes forumunda iştirak etmişdir.
  • 25-30 iyun 2012-ci ildə Hindistanın Gənclər və İdman naziri A.Maken Azərbaycan Gənclər və İdman nazirinin dəvətilə Beynəlxalq İpək Yolu Konfransında iştirak etmək məqsədilə Azərbaycana səfər etmişdir.
  • Azərbaycanın Sənaye və energetika naziri  N.Əliyev Hindistanın Yeni və bərpaolunan enerji nazirinin dəvətilə 9-10 oktyabr 2012-ci ildə Nyu Dehlidə keçirilən Enerji üzrə Beynəlxalq Seminarda iştirak etmişdir.   
  • 6-9 noyabr 2012-ci ildə Hindistanın Rabitə və informasiya texnologiyaları naziri Kapil Sibal Bakı İnternet İdarəçilik Forumunda iştirak etmiş, səfər zamanı Prezident İ.Əliyev onu qəbul etmişdir.
  • 14 mart 2013-cü ildə Hindistanın İş adamları Konfederasiyasının AZPROMO ilə birgə təşkil etdiyi Azərbaycan-Hindistan biznes forumu keçirilmişdir.
  • 4-5 aprel 2013-cü ildə Azərbaycanın Ədliyyə naziri F.Məmmədov Hindistana rəsmi səfər etmiş, Hindistanın Xarici işlər üzrə dövlət naziri E.Ahamed, Daxili işlər naziri S.Shinde və Ədliyyə naziri A. Kumar ilə görüşmüş, 3 saziş imzalanmışdır. Nazir F.Məmmədov 8-9 aprel 2013-cü ildə Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının Vitse-prezidenti qismində İcraiyyə Komitəsinin iclasında iştirak etmişdir.
  • 2-5 may 2013-cü ildə Azərbaycanın Maliyyə naziri S. Şərifov Asiya İnkişaf Bankının İdarə heyətinin 46-cı illik iclasında iştirak məqsədilə Hindistana səfər etmişdir
  • 2-5 may 2013-cü ildə Xarici işlər naziri E.Məmmədyarov Hindistana rəsmi səfər etmiş, Hindistanın Vitse-prezidenti H.Ansari və Xarici işlər naziri S.Xurşid ilə görüşmüş, həmkarı ilə Xarici işlər nazirlikləri arasında əməkdaşlıq haqqında Protokolu imzalamışdır.
  • 24-25 may 2013-cü ildə Hindistan parlamentinin Aşağı və Yuxarı palatalarının nümayəndə heyəti Bakıda keçirilən Ümumdünya Bankı və Beynəlxalq Valyuta Fondunun 10-cu illik konfransında iştirak etmişdir.
  • 24-25 iyun 2013-cü ildə Hindistanın Ticarət və sənaye nazirliyinin idarə rəisi R.Kaporun rəhbərlik etdiyi nümayəndə heyəti Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi üzrə koordinasiya şurasının Bakıda keçirilmiş 5-ci iclasında iştirak etmişdir.
  • 6-10 oktyabr 2013-cü ildə Hindistan parlamentinin nümayəndə heyəti Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının dəvəti ilə Azərbaycanda keçirilən Prezident seçkilərində müşahidəçi qismində iştirak etmişlər.
  • 12-15 yanvar 2014-cü ildə Energetika naziri N.Əliyev Milli Neft və Təbii Qaz Korparasiyasının (ONGC) təşkilatçılığı, Neft və təbii qaz nazirliyinin dəstəyilə Nyu Dehlidə keçirilmiş PETROTECH-2014, XI Beynəlxalq Neft və Qaz Konfransı və Sərgisində iştirak etmişdir.
  • 7-9 fevral 2014-cü ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri H.Hüseynovanın rəhbərlik etdiyi nümayəndə heyəti Banqalorda 6-cı Beynəlxalq Qadınlar Konfransında iştirak etmişdir.
  • 24-25 fevral 2014-cü ildə Ekologiya və təbii sərvətlər naziri H.Bağırov Azərbaycan-Hindistan Hökumətlərarası Komissiyasının 3-cü iclası ilə əlaqədar Hindistana səfər etmişdir.
  • 11-12 sentyabr 2014-cü ildə Hindistanın Dövlət Qulluğu Komissiyasının (UPSC) üzvü professor D. R. Suiemlieh Bakıda keçirilən "Dövlət qulluqçularının potensialının inkişafı vasitəsilə dövlət qulluğunun səmərəliliyinin artırılması" Beynəlxalq konfransında iştirak etmişdir.
  •   22-25 sentyabr 2014-cü ildə Dehlidə keçirilmiş “III Beynəlxalq türk sənətləri, tarixi və folkloru konqresi”ndə iştirak məqsədilə ölkəyə səfər edən Milli Məclisin üzvü, Azərbaycan-Hindistan Parlamentlərarası Dostluq Qrupunun üzvü Q.Paşayeva Hindistan Milli Konqres partiyasının prezidenti Sonia Qandi, Parlamentin protokol xidmətinin rəisi U.S.Saksena ilə görüşmüşdür.
  • 2-3 oktyabr 2014-cü ildə keçirilmiş 4-cü Bakı Beynəlxalq Humanitar Forumunda Hindistanın Fövqəladə hallar üzrə Milli Xidmətinin əməkdaşı M.Əhməd, Xaricdə İnfrastrukturların İnşası Birliyinin sədri V.B.Soni, Aalami Urdu xidmətinin Baş redaktoru M.Əhməd, İndira Qandi adına Milli Mədəniyyət Mərkəzinin tədqiqatçısı K.Tripati iştirak etmişdir.
  • 13 aprel 2015-ci ildə İ.Hacıyev Hindistan XİN-in Avrasiya idarəsinin rəisi Şambu S.Kumaranla Nazirlikdə görüşmüş, Hindistan Xarici İşlər Naziri Suşma Svaracın Azərbaycana səfəri, Hindistan Parlamentində Azərbaycanla dostluq qrupunun yaradılması və digər məsələləri müzakirə etmişdir.
  • 15 aprel 2015-ci ildə Səfir Hindistan Parlamentinin Yuxarı Palatasının üzvü keçmiş Ədliyyə naziri Aşvani Kumarı onun xahişi ilə Səfirlikdə qəbul etmişdir.
  • 2-5 may 2015-ci ildə Bakıda keçirilmiş  AİB Rəhbərlər Şurasının 48-ci illik Toplantısında Hindistanın Maliyyə naziri Arun Ceytli iştirak etmişdir.

Parlamentlərarası əlaqələr:

Azərbaycan-Hindistan parlametlərarası dostluq qrupu 5 dekabr 2000-ci ildən fəaliyyət göstərir, qrupun rəhbəri Millət vəkili Zeynəb Yəhya qızı Xanlarovadır.

Sahələr üzrə əməkdaşlıq:

Siyasi sahədə:

 

XİN-lərarası məsləhətləşmələrin xronologiyası:

  • 15 mart 2007-ci ildə Azərbaycan Xarici İşlər Nazirinin müavini Xələf Xələfov Nyu-Dehlidə Azərbaycan–Hindistan XİN-lərarası siyasi məsləhətləşmələrində iştirak etmişdir.
  • 22-24 sentyabr 2011-ci ildə Hindistan Xarici İşlər Nazirliyinin Şərq ölkələri üzrə dövlət katibi Sancay Sinqh (Sanjay Singh) Bakıda keçirilən növbəti XİN-lərarası siyasi məsləhətləşmələrdə iştirak etmişdir. 
  • 28 iyul 2016-cı ildə Hindistan Xarici işlər nazirinin müavini xanım Sucata Mehta Azərbaycan və Hindistan Xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrdə iştirak etmiş, Xarici işlər naziri E.Məmmədyarov, nazir müavini X.Xələfovla görüşmüş, ikitərəfli və beynəlxalq məsələlər üzrə fikir mübadiləsi aparılmışdır.

İqtisadi sahədə:

2015-ci ilin yanvar-dekabr ayları ərzində Azərbaycanın Hindistanla ticarət dövriyyəsi $ 305,04 milyon olmuşdur.

  • Mart 2013-ci ildə Hindistanın  ONGC Videsh şirkəti neft sahəsində $ 1 milyard dəyərində Azəri-Çıraq-Günəşli səhmlərinin 2,72% və Bakı-Tbilisi-Ceyhan boru xətti layihəsinin səhmlərini 2.36% almışdır.
  • 15-16 oktyabr 2014-cü ildə Bakıda keçirilmiş “Bakı-Tbilisi-Qars dəmir yolu xətti – İpək Yolu dəhlizinin inkişafında yeni imkanlar” beynəlxalq konfransda Hindistanın Yol Nəqliyyatı nazirliyinin İdarə rəisi V.Çhibber, Gəmiçilik Nazirliyinin nəzdində fəaliyyət göstərən Hindistan Liman Assosiasiyasının İcraçı direktoru J.Rao, Dəmir Yolları nazirliyinin İcraçı direktoru P.Dudeca, tədqiqatçı N.D.Kundu iştirak etmişdir
  • 3 noyabr 2014-cü ildə Azərbaycan Dövlət Neft Şirkəti ilə GAIL India şirkəti arasında qazın istismarı barədə anlaşma memorandumu imzalanmışdır.
  • 12 iyun 2015-ci ildə Mumbayda Hindistan Yük Daşımaları Federasiyaları Assosiasiyasının təşkilatçılığı, Hindistan Ticarət və Sənaye Nazirliyinin dəstəyi ilə Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi ölkələrinin iştirakı ilə keçirilən konfransda Azərbaycan Nəqliyyat Nazirliyinin sektor müdiri Əli Qasımov iştirak etmişdir.
  • 19-20 avqust 2015-ci ildə Nyu Dehlidə keçirilmiş Şimal-Cənub Nəqliyyat Dəhlizinə üzv ölkələrin Ekspertlər Komitəsinin 7-ci iclası  və 21 avqust 2015-ci ildə Əlaqələndirmə Şurasının 6-cı iclasında Azərbaycan Dəmiryolları QSC-nin Marketinq və tarif şobəsinin bölmə rəisi E.Əsədov və Azərbaycan Dövlət Gömrük Komitəsinin Gömrük nəzarətinin təşkili Baş idarəsinin inspektoru F.Vəliyev iştirak etmişlər.
  • 14 iyun 2016-ildə BMT-nin Baş Assambleyasında səsvermədə BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) 2017-2019-cu illərdə üzvü seçilmiş Azərbaycanın namizədliyini dəstəklədiyinə görə Hindistan hökumətinə minnətdarlıq bildirilmişdir. 
  • “Azərbaycan Dəmir Yolları” QSC-nin “ADY Express” şirkətinin nümayəndələri F.Kərimov və K.Axundov, Dövlət Gömrük Komitəsinin Xarici Əlaqələr idarəsinin ikitərəfli gömrük əməkdaşlığı şöbəsinin müdiri E.Qulamov, səfirliyin attaşesi G.Hacıyeva 22-23 sentyabr 2016-cı ildə Mumbayda Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinə  həsr olunmuş konfrans və Gömrük orqanlarının dördtərəfli görüşündə iştirak etmişlər.
  • 19 oktyabr 2016-cı ildə Səfir İ.Hacıyev MDB-Hindistan işgüzar əlaqələrinə həsr olunmuş interaktiv iclasda iştirak etmiş, Azərbaycanın son illərdə siyasi, iqtisadi sahələrdə əldə etdiyi nailiyyətlər, enerji və infrastruktur layihələri, Azərbaycan-Hindistan əlaqələri, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə məlumat vermişdir.

Hökumətlərarası Komissiyaların iclaslarının xronologiyası:

  • Ticari, iqtisadi, elmi və texnoloji əməkdaşlıq üzrə Azərbaycan-Hindistan Hökumətlərarası Komissiyasının ilk iclası Ekologiya və təbii sərvətlər naziri H.Bağırovun və Hindistan Ticarət və Sənaye üzrə Dövlət naziri C.Sindiyanın həmsədrliyi ilə 16 noyabr 2009-cu ildə Nyu Dehlidə keçirilmişdir.
  • Komissiyanın 2-ci iclası Ekologiya və təbii sərvətlər naziri H.Bağırovun və Hindistan Ticarət və Sənaye üzrə Dövlət naziri C.Sindiyanın həmsədrliyi ilə 16 aprel 2012-ci ildə Bakıda keçirilmişdir. C.Sindiya Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul edilmişdir.
  • Komissiyanın 3-cü iclası Ekologiya və təbii sərvətlər naziri H.Bağırovun və Hindistan Ticarət və Sənaye üzrə Dövlət naziri S.Natçiappanın həmsədrliyi ilə 24-25 fevral 2014-cü ildə Nyu Dehlidə keçirilmişdir.
  • 25-26 oktyabr 2016-cı ildə Bakıda Ticari, iqtisadi, elmi və texnoloji əməkdaşlıq üzrə Azərbaycan-Hindistan Hökumətlərarası Komissiyasının 4-cü iclası keçirilmişdir. Hindistanın Ticarət və Sənaye Nazirliyinin idarə rəisi Sunil Kumar iclasda iştirak etmişdir.

Humanitar sahədə:

Birgə layihə və tədbirlər:

  • Hindistanın karnatik musiqi ifaçısı Vasumati Badrinatan (Vasumathi Badrinathan) 2009-cu ildə Bakıda keçirilən Beynəlxalq Muğam Festivalında  və Bakı Cazz Festivalında iştirak etmişdir. O, Azərbaycanın tanınmış Bakustik Cazz qrupu ilə duet ifa etmişdir.
  • Nivedita Das Kundu 3-12 iyul 2009-cu ildə ADA-ın Bakı Yay Enerji Məktəbində iştirak etmişdir.
  • Oktyabr 2010-cu ildən Azərbaycan Dillər Universitetində hind dili tədris olunmağa başlamışdır.
  • 14-21- mart 2011-ci ildə Kəlkütədən hind musqisinin ifaçısı İ.Mukherci Bakı İkinci Beynəlxalq Muğam festivalında iştirak etmişdir.
  • 6 may 2011-ci ildə Nizami adına Ədəbiyyat institutunda Rabindranat Taqorun 150 illiyinə həsr olunmuş elmi seminar keçirilmişdir.
  • 16 yanvar 2012-ci ildə Camia Milliyə İslamiyyə Universitetində Azərbaycanı təqdimetmə tədbiri keçirilmişdir.
  • Azərbaycanın qədim musiqi alətləri ansamblı 2-5 fevral 2012-ci ildə Hindistanın Kolkata şəhərində keçirilmiş 2-ci Beynəlxalq Sufi Festivalında iştirak etmişdir.
  • 15 fevral 2012-ci ildə İdarəetmə Texnologiyaları İnstitutunda Azərbaycanı təqdimetmə tədbiri keçirilmişdir.
  • 9 may 2012-ci ildə Taqor Beynəlxalq Məktəbində Ulu Öndərin ad gününə həsr edilmiş “Mən Azərbaycan haqqında nə bilirəm?” müsabiqəsi keçirilmişdir.
  • 26 iyun – 2 iyul 2012-ci ildə Azərbaycan Gənclər və İdman Nazirliyinin dəvəti ilə on bir hindistanlı gəncdən ibarət nümayəndə heyəti Azərbaycana səfər etmişdir. Səfər Azərbaycanla Hindistan arasında diplomatik əlaqələrin qurulmasının 20 illiyi çərçivəsində təşkil olunmuşdur.
  • P.Vaişnav 7-20 iyul 2012-ci ildə ADA-ın Bakı Yay Enerji Məktəbində iştirak etmişdir.
  • Durdarşan yayın şirkətinin Baş direktoru S.M. Xan (S.M.Khan), Hindistan Mədəni Əlaqələr Şurasının Vitse-prezidenti S.S.Mehdi və Mumbay universitetinin (University of Mumbai) professoru, musiqiçi V.Badrinatan 4-5 oktyabr 2012-ci ildə Bakıda təşkil olunmuş 2-ci Beynəlxalq Humanitar Forumda iştirak etmişlər.
  • 5-7 noyabr 2012-ci ildə Cəvharləl Nehru Universitetində (Jawaharlal Nehru University) Səfirlik və Universitin birgə təşkilatçılığı ilə “İpək Yoluna Qayıdış -Hindistan və İpək Yolu regionları: mədəni əlaqələr, müasir çağirişlar” adlı Beynəlxalq Sərgi və Konfrans keçirilmişdir.
  • 29 noyanbr - 1 dekabr 2012-ci ildə Nyu Dehlidə İndira Qandi Milli Mədəniyyət Mərkəzində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinə həsr olunmuş Konfrans və Sərgi keçirilmişdir.
  • Azərbaycanla Hindistan arasında diplomatik əlaqələrin qurulmasının 20 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində Səfirlik və Hindistanın Mədəni Əlaqələr Şurasının birgə təşkilatçılığı ilə Azərbaycanın əməkdar artisti Əşrəf Heybətovun “Azərbaycan rəngləri” adlı sərgisi 7-13 dekabr 2012-ci ildə ilə Nyu Dehlidə keçirilmişdir.
  • 1-20 yanvar 2013-cü ildə Hindistanın Nyu Dehli və Caypur (Jaipur) şəhərlərində keçirilmiş 15-ci Beynəlxalq Teatr Festivalında Sumqayıt Dövlət Musiqili Dram Teatrı “Müsyö Jordan və Dərvişi-Məstəli Şah” tamaşasını səhnələşdirmişdir.
  • 15 yanvar 2013-cü ildə Hindistan İslam Mədəniyyət Mərkəzində Azərbaycanı təqdimetmə tədbiri keçirilmişdir.
  • 1-9 fevral 2013-cü ildə Səkinə İsmayılovanın rəhbərlik etdiyi musiqi dördlüyü Nyu Dehli və Kolkata şəhərlərində Hindistanın Mədəni Əlaqələr Şurasının təşkil etdiyi 3-cü Beynəlxalq Sufi festivalında iştirak etmişdir.
  • 19 fevral 2013-cü ildə IIMT Kolleclər Qrupunda Azərbaycanı təqdimetmə mərasimi keçirilmişdir.
  • 11-19 mart 2013-cü ildə Bakıda keçirilmiş Beynəlxalq Muğam Festivalında Hindistan klassik musiqisi, raqa ifaçısı Mita Pandit iştirak etmişdir.
  • Hindistan Gənclər və İdman Nazirliyinin dəvətilə iki ölkə gənclərinin əməkdaşlığı proqramı çərçivəsində 20-27 mart 2013-cü ildə Azərbaycan Gənclər və İdman nazirliyinin 20 nəfərdən ibarət nümayəndə heyəti Hindistanda səfərdə olmuşdur.
  • 4 aprel 2013-cü ildə Cəvaharləl Nehru Universitetinin Dil, Ədəbiyyat və Mədəniyyət tədris Mərkəzində Azərbaycanı təqdimetmə tədbiri keçirilmişdir.
  • 1 may 2013-cü Modern School of Delhi təhsil ocağında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunmuş “Mən Azərbaycan haqqında nə bilirəm?” inşa müsabiqəsi keçirilmişdir
  • 29 may – 1 iyun 2013-cü ildə Bakıda keçirilmiş 2-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Hindistan Mədəniyyət Nazirliyinin İdarə rəisi Rakesh Ranjan, Buddist Abidələrinin İnkişaf Şurasının sədri Arvind Alok, Bahai İbadət Evinin rəhbəri Shaheen Javid, İndira Qandi Milli Mədəniyyət Mərkəzinin Şifahi Mədəni İrsin Tədirisi bölməsinin rəhbəri Molly Kaushal iştirakı etmişlər.
  • 6-23 iyul 2013-cü ildə ADA-ın Bakı Yay Enerji Məktəbində Hindistanım ONGC Videsh Ltd. şirkətinin əməkdaşları Bora Kalyan və Jain Navnitt iştirakı təmin edilmişdir.
  • Cəvəharləl Nehru Universitetinin (Jawaharlal Nehru University) dissertantı Priti Vaişnav (Priti Vaishnav) Beynəlxalq İnkişafa Yardım İdarəsi (AİDA) tərəfindən həyata keçirilən “Qonaq elmi işçilərin mübadiləsi proqramı”çərçivəsində 2013-cü ilin 4-cü rübündə 3 aylıq tədqiqat proqramında iştirak etmişdir.
  • Hindistan Parlamentinin (Racya Sabha) üzvü Husain Dalvai 9 oktyabr 2013-cü ildə keçirilmiş prezident seçkilərində müşahidəçi qismində iştirak etmişdir.
  • 23-25 oktyabr 2013-cü ildə Cəvaharləl Nehru Universitetinin Dil, Ədəbiyyat və Mədəniyyət Tədrisi Mərkəzində fəaliyyət göstərən Rus dilinin Tədqiqi Mərkəzinin təşkil etdiyi “Folklor ənənələrindən keçmişə baxış” beynəlxalq konfransda Asiya Universitetinin rektoru professor Cəlil Nağıyev iştirak etmişdir.
  • 28 oktyabr-5 noyabr 2013-cü ildə Dövlət Neft Akademiyasının nəzdində fəaliyyət göstərən “Neftin, Qazın Geotexnoloji Problemləri və Kimya” Elmi tədqiqat İnstitutunda keçirilmiş ixtisasartırma kursunda Neft və Təbii Qaz Nazirliyinin nümayəndəsi Mohammad Ahmad Mallik iştirak etmişdir.
  • 31 oktyabr-1 noyabr 2013-cü ildə Bakıda keçirilmiş Üçüncü Beynəlxalq Humanitar Forumda Hindistanın sabiq səfirləri A.Saccanhar və R.Dayakar, Doordarshan Xəbər Agentliyinin Baş direktoru S.M.Xan və Mumbay universitetinin professoru, Hindistan klassik musiqi ifaçısı V.Badrinatan iştirak etmişlər.
  • 1-3 noyabr 2013-cü ildə Hindistanın Kalinqa Sənaye Texnologiyaları İnstitutu tərəfindən keçirilmiş İpək Yolu Ölkələri Universitetlərinin Konsorsiumunun 4-cü illik Konfransında Milli Məclisin üzvü, Müəllimlər İnstitutunun rektoru Aqiyə Naxçıvanlı, Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərov, Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialının direktoru Tünzalə Yusifova iştirak etmişlər.
  • 4-6 dekabr 2013-cü ildə Fəridabadda keçirilmiş Yol hərəkəti təhlükəsizliyi üzrə işçi qrupunun iclasında DİN BDYPİ-nin şöbə rəisi K.Əliyev, Nəqliyyat Nazirliyinin Təhlükəsizlik şöbəsinin baş məsləhətçisi Nicat Mikayılov, Azəryolservis MMC şöbə müdiri Ş.Qoculu iştirak etmişlər.
  • 20-24 dekabr 2013-cü ildə səfir İ.Hacıyev Heydər Əliyev Fondunun dəstəyi ilə Pilar Xeyriyyə Cəmiyyətinin Qoada inşa etdiyi futbol meydançasının açılış mərasimində iştirak etmişdir.
  • 24 fevral-4 mart 2014-cü ildə Azərbaycan Dövlət Kukla Teatrından 5 nəfərlik qrup Hindistanda keçirilmiş “Ishara” Beynəlxalq Kukla Teatrı Festivalında iştirak etmişdir.
  • 8 may 2014-cü ildə Səfirlik Hindistanın Turizm və Səyahətin İdarəedilməsi İnstitutu ilə birgə Ümummilli Lider Heydər Əliyevin ad gününə həsr olunmuş “Mən Azərbaycan haqqında nə bilirəm?” inşa müsabiqəsi keçirmişdir.
  • Beynəlxalq İnkişafa Yardım Agentliyi və Azərbaycan Dövlət Neft Akademiyasının “Neftin, Qazın Geotexnoloji  Problemləri və Kimya” Elmi-Tədqiqat İnstitutunun 13-21 may 2014-cü ildə təşkil etdiyi “Neft mühəndisliyi və neftin emalı metodları üzrə innovasiyalar” mövzsunda 5-ci ixtisasartırma kursunda ONGC Videsh Ltd. Şirkətinin nümayəndəsi Racendra Prasad Cakmala iştirak etmişdir.
  • 2014-cü ilin 2-ci rübündə AİDA-nın Azərbaycanın qabaqcıl beyin mərkəzləri ilə birgə həyata keçirdiyi  “Qonaq elmi işçilərin mübadiləsi proqramı”nda tədqiqatçı, elmlər doktoru Nivedita Das Kundu iştirak etmişdir.
  • Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki İcra Hakimiyyəti tərəfindən Mədəniyyət və Turizm nazirliyinin dəstəyi ilə 1-5 iyul 2014-cü ildə keçirilmiş V Şəki “İpək yolu” Beynəlxalq Musiqi Festivalında Hindistan Sangit Natak Akademiyasının yaradıcı kollektivi iştirak etmişdir.
  • 27-30 oktyabr 2014-cü ildə ADA Universitetinin Tələbə Qəbulu şöbəsinin mütəxəssisi A.Hüseynovanın Hindistanın Jamia Millia Islamia universiteti, Delhi Public School, Dehli Universitetinin İqtisadiyyat fakültəsinin tələbələri, Hindistan Xarici Xidmət İnstitutunun idarə rəisi ilə görüşmüş, “Access Masters New Delhi” təhsil sərgisində iştirak etmişdir.
  • 11 noyabr 2014-cü ildə İ.Hacıyev Cəvaharləl Neru Universitetində təşkil olunmuş “Avrasiya ölkələrində siyasi və sosial-iqtisadi proseslər” konfransında iştirak və çıxış etmişdir.
  • 19-20 noyabr 2014-cü ildə Səfir və Azərbaycan Elmlər Akademiyasının fəlsəfə və hüquq institutunun əməkdaşı Elsevər Səmədov Mumbay Universitetinin Avrasiya Tədqiqat Mərkəzində təşkil olunmuş “Qafqaz regionu yeni qloballaşma dövründə: çağırışlar və yeni imkanlar” mövzusunda beynəlxalq seminarda iştirak və çıxış etmişlər.  
  • 15 dekabr 2014-cü ildə Ümummilli Lider Heydər Əliyevin anım günü münasibətli Hindistanın “News behind the News” jurnalında məqalə dərc edilmişdir.
  • 16 dekabr 2014-cü ildə Hindistanın Beynəlxalq Tədbirlər Mərkəzində səfirlik tərəfindən hazırlanmış “Azərbaycan” kitabının təqdimetmə mərasimi təşkil edilmişdir.
  • 12 yanvar 2015-ci ildə Hindistanın “News behind the News” jurnalında 20 Yanvar Faciəsi ilə bağlı məqalə dərc edilmişdir.
  • I.Hacıyev 14-18 yanvar 2015-ci ildə Racastanın paytaxtı Caypur şəhərində keçirilən Tərəfdaşlıq Sammiti 2015 “Yeni reallıqda birgə tərəfdaşlıq” mövzusunda keçirilən tədbirdə iştirak və çıxış etmişdir.
  • 15 yanvar 2015-ci ildə Səfirlik JBM Global məktəbdə 20 yanvar faciəsinin 25-ci ildönümünə həsr edilmiş tədbir keçirmiş, iştirakçılar arasında ədəbiyyat və DVD yaymışdır. 
  • 21 yanvar 2015-ci ildə Azərbaycanın xalq artisti Alim Qasımov və əməkdar artist Fərqanə Qasımova Caypurda keçirilmiş “Caypur” ədəbi festivalında konsert proqramı ilə çıxış etmişlər.
  • 11 fevral 2015-ci ildə İ.Hacıyev Jamia Millia İslamia Universiteti tərəfindən “Hindistan və Mərkəzi Asiyada sufizm” mövzusunda keçirilən Beynəlxalq konfransda çıxış etmiş, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, Xocalı soyqırımı haqda iştirakçılar məlumatlandırılmışdır.
  • Hindistanın Haryana ştatının Faridabad şəhərində 1-15 fevral 2015-ci ildə keçirilən 29-cu Surajkund Beynəlxalq Sənətkarlıq Sərgisində Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət Universitetinin heyəti iştirak etmişdir. Hindistanın “Jagran City” qəzetinin 4 fevral 2015-ci ildə buraxılışında heyətinin iştirakı barədə məqalə dərc olunmuşdur.
  • 11-12 mart 2015-ci ildə İ.Hacıyev Jamia Millia Islamia Universitetində təşkil edilmiş “Mərkəzi Asiya və Qərbi Asiya: Tarixi, İqtisadi və Mədəni əlaqələr” mövzusunda konfransda iştirak və çıxış etmişdir.
  • 15 aprel 2015-ci ildə İ.Hacıyev Hindistan Parlamentinin Yuxarı Palatasının üzvü, keçmiş Ədliyyə naziri Aşvani Kumarı onun xahişi ilə Səfirlikdə qəbul etmişdir.
  • 6-7 may 2015-ci ildə Dehlidə Azərbaycan rəssamlarının əsərlərindən ibarət “Böyük ipək yolu” sərgisi keçirilmişdir.
  • 8 may 2015-ci ildə Səfirlikdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92 ildönümü münasibətilə Dehlinin Rayan Beynəlxalq Məktəbi, Surac Bhan DAV məktəbi və Bloom məktəbinin şagirdləri arasında Səfirliyin təşkil etdiyi inşa müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilmişdir.
  • 9 may 2015-ci ildə Rusiyanın Hindistandakı Elm və Mədəniyyət Mərkəzində 1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 70 illik yubiley tədbirində Səfirlik “Azərbaycan” guşəsi təşkil etmişdir.
  • 18-19 may 2015-ci ildə Bakıda keçirilmiş Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Hindistanın Mədəniyyət nazirliyinin idarə rəisi M.Kamal Kant, İndira Qandi Mədəniyyət Mərkəzinin təqdidatçısı T.Kishor Kumar iştirak etmişlər.
  • 20 may 2015-ci ildə Səfir İ.Hacıyev tanınmış ictimai xadim, Azərbaycan-Hindistan dostluq qrupunun təsisçilərindən biri Raghuvir Şexavatin ictimai-siyasi xadimlər, o cümlədən Hindistanın sabiq prezidenti xanım Pratibha Patilin iştirak etdiyi tədbirdə iştirak və çıxış etmişdir.  Tədbir Azərbaycan-Hindistan dostluq qrupunun təsis edilməsinə hazırlıqla əlaqədar tanışlıq xarakteri daşımışdır.
  • 6 iyun 2015-ci ildə “Business Central Asia” jurnalında Bakıda keçirilmiş Avropa oyunlarına həsr olunmuş xüsusi buraxılış nəşr etdirilmişdir. Jurnallar dövlət və hökumət rəsmilərinə, tanınmış ictimai xadimlər və KİV nümayəndələrinə yayılmış, səfirliyin akkreditə olunmuş ölkələrinə göndərilmişdir. 
  • 16-27 noyabr 2015-ci ildə AR XİN-in əməkdaşları A.Hidayətov və L.Orucova Hindistan XİN-in Hind Texniki və İqtisadi Əməkdaşlıq (İTEC) Proqramı çərçivəsində “İnkişaf Tərəfdaşlığı: Cənub-Cənub Əməkdaşlığının Tədrisi” təlim proqramında iştirak etmişlər.
  • 5-10 dekabr 2015-ci ildə keçirilmiş 4-cü Dehli Beynəlxalq Film festivalında “23:55” Azərbaycan filmi nümayiş etdirilmişdir.
  • 10 dekabr 2015-ci ildə Hindistan Beynəlxalq Tədbirlər Mərkəzində Hindistan-Azərbaycan Dostluq Assosiasiyasının təsis yığıncağı keçirilmişdir.
  • 20-22 dekabr 2015-ci ildə ADA Universitetinin prorektorları Fariz İsmayılzadə və Rameş Kanvar Hindistanın universitetləri ilə əlaqə yaradılması məqsədilə Xarici işlər nazirliyi nəzdindəki xarici xidmət institutu, K.R. Mangalam, Ansal, Dehli, Camia Hamdard Universitetlərində qarşılıqlı əməkdaşlıq qurulması imkanlarını müzakirə etmişlər.
  • 19 yanvar 2016-cı ildə “JBM Global School”da İ.Hacıyev 20 yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar tədbirdə iştirak və çıxış etmişdir.
  • 17 fevral 2016-cı ildə İ.Hacıyev Hindistanın Camia Milli İslamia Universitetində “Hindistan və İpək Yolu: Müasir Geosiyasi Reallıqlarda İmkanların Araşdırılması” mövzusunda beynəlxalq konfransın açılış mərasimində iştirak etmiş, Azərbaycan, onun inkişafı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi,  Xocalı soyqırımı, “Xocalıya ədalət” ictimai kompaniyası, Azərbaycanda son illərdə əldə olunmuş nailiyyətlər, həyata keçirilən enerji layihələri haqqında çıxış etmişdir.
  • 10 mart 2016-cı ildə Hindistanın nüfuzlu “The Hindu” qəzetində səfirliyin dəstəyi ilə “Azərbaycandan sədalar” başlıqlı, azərbaycanlı kamança ifaçısı, 2012-ci ildən San Fransisko Musiqi Festivalının Musiqi direktoru İ.Həsənovun müsahibəsi dərc olunmuşdur.
  • 2016-cı ilin 2-ci rübündə  Azərbaycan Beynəlxalq İnkişafa Yardım İdarəsinin (AİDA) “Qonaq elmi işçilərin mübadiləsi proqramı”nda Camiyə Milliyə İslamiyə Universitetinin tədqiqatçı alimi Qatikruşna Mahanta iştirak etmişdir.
  • 16-17 aprel 2016-cı ildə Dehlidə sanitariya şəraitinin yaxşılaşdırılması uçun səfirliklərin təşəbbüsü ilə keçirilən xeyriyyə tədbiri üçün səfirlik 18000 Hindistan rupisi maliyyə vəsaitini təşkilatçılara təqdim etmişdir.
  • İ.Hacıyev Azərbaycan XİN-in əməkdaşı N.Rüstəmzadənin iştirak etdiyi Xarici xidmət İnstitutunun Xarici diplomatlar üçün 61-ci Peşəkar kurslarının 6 may 2016-cı ildə buraxılış mərasimində iştirak etmişdir.
  • Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93 ildönümü münasibətilə Dehlinin məktəbləri arasında təşkil olunmuş inşa müsabiqəsinin qalibləri – Deep Public məktəbinin şagirdlərinin mükafatlandırılma mərasimi 9 may 2016-cı ildə Səfirlikdə keçirilmişdir.
  • 2016-cı ilin 3-cü rübündə  Azərbaycan Beynəlxalq İnkişafa Yardım İdarəsinin (AİDA) “Qonaq elmi işçilərin mübadiləsi proqramı”nda Paris Beynəlxalq əlaqələr Məktəbində  beynəlxalq iqtisadi əlaqələr üzrə magistraturada təhsil alan hindistanlı tələbə Nikita Singla iştirak etmişdir.
  • “Mən Azərbaycan haqqında nə bilirəm” esse müsabiqəsinin qalibi olan hindistanlı gənc Gənclər və idman nazirliyinin dəvəti ilə 10-20 iyul 2016-cı ildə Azərbaycana səfər etmiş, Azərbaycanın mədəniyyəti, tarixi və adət-ənənələri ilə tanış olmuşdur.
  • Hindistan Səhiyyə Şurası və Tibbi məşvərət şurasının üzvü Müzəffər Əhməd, dini xadim Svami Cyothirmayah, Azərbaycan-Hindistan Dostluq Assosiasiyanın üzvləri Racuvir Sinqh Şekavat, Virendra Kataria və Hindistan İslam Mərkəzinin direktoru Zikrur Rəhmanın 29-30 sentyabr 2016-cı ildə V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmişlər.

 İkitərəfli müqavilə-hüquq bazası:

10 saziş qüvvədədir.

7   saziş layihəsinə Azərbaycan tərəfində baxılır.

8   saziş layihəsinə Hindistan tərəfində baxılır.

Yenilənib: 01.12.2016

Arxiv üzrə axtarış