2023-04-03

2023 Formula 1 Azərbaycan Qran Pri yarışı ilə əlaqədar Azərbaycana gələn xarici qonaqlar üçün viza prosedurlarının sadələşdirilməsi barədə məlumat

Azərbaycan Respublikasının Prezidentinin Sərəncamına (https://president.az/az/articles/view/59256) uyğun olaraq 2023-cü il Formula 1 Azərbaycan Qran Pri yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2023-cü il aprelin 1-dən mayın 15-dək Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza ala bilərlər.

 

Viza rəsmiləşdirilməsi üçün aşağıdakı sənədlərdən biri tələb olunur: 

  1. Formula 1 yarışlarının beynəlxalq təşkilatçıları olan “Formula One Management Limited” şirkətinin və Beynəlxalq Avtomobil Federasiyasının müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartı və ya akkreditasiyadan keçməni təsdiq edən digər sənəd;
  2. Bakı Şəhər Halqası Əməliyyat Şirkətində akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartı;
  3. 2023 Formula 1 Azərbaycan Qran Pri yarışına bilet, o cümlədən elektron bilet və ya biletin əldə olunmasını təsdiq edən sənəd;

  

Azərbaycana buyurun və #AzerbaijanGP -dən həzz alın!

Arxiv üzrə axtarış