2023-04-29

“Heydər Əliyev ili”nin qeyd olunması çərçivəsində K.R. Mangalam məktəbində keçirilmiş tədbir

“Heydər Əliyev ili”nin  qeyd olunması çərçivəsində 29 aprel 2023-cü il tarixində Nyu Dehlidə yerləşən K.R. Mangalam məktəbi ilə əməkdaşlıqda tədbir keçirilmişdir.

Tədbir çərçivəsində məktəbin foyesində Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş yüksək keyfiyyətlə hazırlanmış foto sərgi təşkil edilmiş, gənc hindistanlı şagirdlər arasında Ulu Öndər Heydər Əliyev timsalında dahi adamlar barədə bilgiləri artırılmış, eləcə də Azərbaycan haqqında, o cümlədən ölkəmizin zəngin tarixi və mədəniyyəti ilə bağlı məlumat verilmişdir.

Tədbirin əvvəlində əsas qonaq qismində dəvət olunmuş Azərbaycan Respublikasının Hindistandakı səfiri Əşrəf Şıxəliyev qeyd etmişdir ki, cari ildə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinin qeyd olunduğu nəzərə alaraq ölkəmizdə 2023-cü ilin “Heydər Əliyev ili” elan edilmişdir. Həmçinin səfir Ulu Öndərin həyatı, uzaqgörən və müdrik daxili və xarici siyasəti, o cümlədən dövlət quruculuğu və Azərbaycanın dünyada tanıdılması, ölkəmizin bugünkü iqtisadi qüdrətinin əldə edilməsi istiqamətində misilsiz töhfələri barədə danışmışdır.

Bundan sonra məktəb şagirdləri tərəfindən yazılmış şeir və poeziya toplusunun təqdim edilməsi baş tutmuş və baş qonağa kitabın bir nüsxəsi hədiyyə verilmişdir. Tədbir məktəbin 2-5-ci sinif şagirdləri tərəfindən hazırlanmış “Kral Şir” (The Lion King) tamaşası ilə davam etmişdir.

Tədbirdən sonra məktəb rəhbərliyi və şagirdlərlə xatirə şəkilləri çəkilmişdir.

 

Arxiv üzrə axtarış