2024-07-25

Azərbaycan nümayəndə heyəti Nyu Dehlidə keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 46-cı sessiyasında iştirak edib

UNESCO-nun ən vacib tədbirlərindən hesab edilən Ümumdünya İrs Komitəsinin 46-cı sessiyası bu il, Hindistanın paytaxtı Nyu-Dehlidə keçirilib. Azərbaycan nümayəndə heyəti sözügedən tədbirdə iştirak edib.

Sessiyanın rəsmi açılış mərasimində UNESCO-nun Baş direktoru, Hindistanın Baş naziri və digər yüksək səviyyəli rəsmilər çıxış edib.

İyulun 22-də iclasın gündəliyi təsdiq edilib. Gündəlik üzrə Katibliyin hesabatı, məşvərətçi orqanlar olan ICOMOS, IUCN və ICCROM-un və Regional mərkəzlərin hesabatları dinlənilib, Komitənin büdcəsi və Mədəni irs üzrə potensialın gücləndirilməsi üzrə Strategiya müzakirə edilib. Müzakirələr çərçivəsində Azərbaycanın milli bəyanatı ilə çıxış edən UNESCO yanında daimi nümayəndə səfir Elman Abdullayev Azərbaycanda mədəni irsə dəstək, Ermənistan işğalı dönəmində qəsdən tamamilə dağıdılmış şəhərlərin və tarixi abidələrin bərpası, eləcə də mədəni irsin iqlim dəyişikliklərinin təsirindən qorunması üçün COP29 çərçivəsində planlaşdırılan tədbirlər haqda məlumat verib. Gündəlik üzrə müzakirələr növbəti günlərdə davam edəcəkdir.

Səfər çərçivəsində nazir müavini S.Yusifova BƏƏ və Avstraliyadan olan həmkarları ilə görüşlər keçirib.

Mədəniyyət Nazirliyi Nyu-Dehlidə keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 46 sessiyasında təmsil olunur

 

Arxiv üzrə axtarış