Nyu-Dehlidə keçirilən diplomatik xeyriyyə yarmarkasında Azərbaycanın stendi nümayiş etdirilib
Azərbaycanın Hindistandakı Səfirliyi dekabrın 8-də Nyu-Dehlinin Nehru Parkında keçirilən illik diplomatik xeyriyyə yarmarkasında iştirak edib.
Azərbaycanın dövlət bayrağının nümayiş olunduğu stend digər ölkələrin və təşkilatların stendləri arasında yer alıb. Sərgidə ölkənin zəngin mədəni irsi, tarixi abidələri və ənənəvi mətbəxi vurğulanıb.
Səfirliyin diplomatik və inzibati heyəti və onların ailə üzvləri tərəfindən hazırlanmış Azərbaycan stendi diplomatik korpusun üzvləri və yerli iştirakçıların böyük marağına səbəb olub.
1988-ci ildən təşkil edilən xeyriyyə yarmarkasının məqsədi aztəminatlı ailələr üçün vəsait toplamaq, sağlamlıq imkanları məhdud uşaqların təhsilinə və tibbi xidmətinə dəstək olmaqdır.