2017-07-21

Xarici işlər naziri Elmar Məmmədyarov 9—21 iyul 2017-ci il tarixlərində ADA Universiteti tərəfindən təşkil olunan XI Yay Enerji Məktəbinin bağlanış mərasimində çıxış edib

Çıxış zamanı Elmar Məmmədyarov Azərbaycanın neft tarixindən və uğurlu enerji diplomatiyasından söz açmış, bu xüsusda Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Azərbaycanın təşəbbüskarı olduğu Cənub Qaz Dəhlizi və onun mühüm tərkib hissəsi olan TANAP/TAP layihələrini xüsusilə qeyd edib. Çıxış əsnasında nazir Elmar Məmmədyarov iştirakçıların Xəzərin hüquqi statusu, Azərbaycanın Avropa İttifaqı ilə əlaqələri, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi, ətraf mühitin qorunması sahəsində beynəlxalq proseslər və digər məsələlər barəsində suallarını cavablandırıb.

Tədbirin sonunda yay məktəbinin məzunlarına müvafiq sertifikatlar təqdim olunub.

XI Yay Enerji Məktəbinin bu ilki iştirakçıları sırasında Azərbaycan, Macarıstan, Kolumbiya, Rusiya Federasiyası, Amerika Birləşmiş Ştatları, İspaniya, Meksika, Malayziya, Çexiya və İsraeldən olan nümayəndələr olub.

Arxiv üzrə axtarış