Diplomatik Əlaqələrin qurulmasının 25-ci ildönümü
Azərbaycan və Hindistan arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümü münasibətilə 2 avqust 2017-ci ildə Səfirlik tərəfindən Hindistan Beynəlxalq Tədbirlər Mərkəzində tədbir təşkil edilmişdir.
Tədbirdə səfir İ.Hacıyev, Hindistan XİN-in Avrasiya idarəsinin rəisi G.V.Şrinivas, Hindistan-Azərbaycan Dostluq Assosiasiyasının üzvləri çıxış etmiş, iki ölkə arasında əlaqələrin mövcud vəziyyətini yüksək qiymətləndirmiş, gələcəkdə əməkdaşlığın daha da inkişaf etdirilməsinin zərurliyini bildirmişlər.
Tədbirdə Hindistan XİN-in rəsmiləri, diplomatik korpus, Hindistan-Azərbaycan Dostluq Assosiasiyasının üzvləri, ictimaiyyət, təhsil, mədəniyyət, QHT, KİV nümayəndələri, iş adamları iştirak etmişdir.