2019-05-08

Azərbaycan səfiri etimadnaməsini Şri-Lanka Prezidentinə təqdim edib

Azərbaycan Respublikasının Hindistanda və eyni zamanda, Şri-Lanka Demokratik Sosialist Respublikasında akkreditə olunmuş səfiri Əşrəf Şıxəliyev etimadnaməsini Şri-Lanka Prezidenti Maytripala Sirisenaya təqdim edib.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, səfir, həmçinin Şri-Lanka limanlar, gəmiçilik və cənubun inkişafı üzrə nazir müavini, admiral Sirimevan Ranasinqhe, Limanlar Administrasiyasının sədri Kavan Ratnayaka ilə görüşlər keçirib. Görüşlərdə Şri-Lankanın ixracatçıları üçün Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin üstünlükləri barədə məlumat verilib, bu dəhlizə qoşulmağın nəzərdən keçirilməsi təklif edilib. Qarşı tərəf təklifi maraqla qəbul edib.

Arxiv üzrə axtarış