COP 29 Sədrliyinin Fəaliyyət Gündəliyi – Qlobal təşəbbüslər
COP 29 Sədrliyinin Fəaliyyət Gündəliyi – Qlobal təşəbbüslər
TƏŞƏBBÜSLƏR
İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondu (CFAF)
Mədən (qazıntı) yanacağı hasil edən ölkə və şirkətlərin könüllü ianələri ilə kapitallaşdırılan Fond mənfi təsirlərin yumşaldılması, tədqiqat və inkişaf üzrə dövlət və özəl sektorları gücləndirəcək. Fond, həmçinin ehtiyacı olan, inkişaf etməkdə olan ölkələrdə təbii fəlakətlərin nəticələrini qısa zamanda aradan qaldırmaq məqsədi ilə yüksək güzəştli və qrant əsaslı maliyyələşdirmə üçün xüsusi imkanlara malik olacaq.
İqlim maliyyəsi, investisiya və ticarət üzrə Bakı Təşəbbüsü (BICFIT)
Təşəbbüs yaşıl şaxələndirməyə sərmayəni təşviq etmək, siyasətin inkişafını dəstəkləmək və dialoq vasitəsilə təcrübə mübadiləsi aparmaq üçün platforma ilə iqlim maliyyəsi, investisiya və ticarət əlaqəsinə diqqət yetirir.
Yaşıl enerji üzrə zona və dəhlizlər
Yekun öhdəlik investisiyaların təşviqi, iqtisadi artımın stimullaşdırılması, infrastrukturun inkişafı, modernləşdirilməsi və genişləndirilməsi hədəfləri də daxil olmaqla, yaşıl enerji zonaları və dəhlizlərinə, eləcə də regional əməkdaşlığın təşviqinə töhfə verəcək.
Enerji saxlanılması və şəbəkələri
Yekun öhdəlik qlobal enerji saxlama qabiliyyətini 2022-ci il səviyyəsindən 6 dəfə artırmağı və 2030-cu ilə qədər 1500 qiqavata çatdırmağı hədəfləyəcək. Enerji şəbəkələrini təkmilləşdirmək üçün təsdiqləyicilər, həmçinin şəbəkələrə sərmayələri əhəmiyyətli dərəcədə genişləndirərək 2040-cı ilə qədər 80 milyon kilometrə çatdırmağı öhdələrinə götürəcəklər.
Hidrogen fəaliyyəti
Yekun Bəyannamə tənzimləyici, texnoloji, maliyyələşdirmə və standartlaşdırma maneələrini həll etmək üçün rəhbər prinsiplər və prioritetlərlə təmiz hidrogen və onun törəmələri üçün qlobal bazarın potensialını ortaya çıxaracaq.
COP Atəşkəs çağırışı
Olimpiya Atəşkəs çağırışından nümunə götürülmüş COP Atəşkəs çağırışı sülh və iqlim fəaliyyətinin vacibliyini vurğulayacaq. Bu təşəbbüs bütün xalqlara münaqişə və iqlim dəyişməsi arasındakı qarşılıqlı əlaqəni xatırlatmaq və ən həssas təbəqələri qorumaq üçün kollektiv həll variantlarının tapılmasının vacibliyini vurğulamaq məqsədi daşıyacaq. Tərəfdaşlarla birgə rəhbərlik ediləcək ayrıca “COP29 – İqlim və Sülh” Müştərək Təşəbbüsü ən həssas təbəqələri mövcud resurslarla əlaqələndirməklə yanaşı, həm də sülh və iqlimin kəsişməsində müxtəlif təşəbbüslərin həyata keçirilməsi istiqamətində gələcək fəaliyyətləri təşviq etmək üçün mükəmməllik mərkəzi yaratmaq kimi konkret nəticələrin əldə olunması məqsədləri daşıyır.
Yaşıl rəqəmsal fəaliyyət
Yekun Bəyannamə İnformasiya və Kommunikasiya Texnologiyaları sektorunda iqlimə müsbət təsir göstərən rəqəmsallaşma və emissiyaların azaldılmasını sürətləndirmək və yaşıl rəqəmsal texnologiyaların əlçatanlığını artırmaq məqsədi daşıyır.
İqlim davamlılığı üçün insan inkişafı üzrə Bakı Təşəbbüsü
Bu təşəbbüs bəşəri inkişaf üzrə müxtəlif nəticələr, o cümlədən təhsil, bacarıqlar, sağlamlıq və rifah halına, xüsusən də uşaqlar və gənclər üçün sərmayələrə təkan verilməsi, COP-dan COP-a davamlılığın yaradılması və təhsil standartları vasitəsilə ekoloji savadlılığın artırılmasını təmin edəcək.
Fermerlər üçün Bakı Ahəngdar İqlim Təşəbbüsü
Bu təşəbbüs təcrübə mübadiləsi, sinerji və boşluqların müəyyən edilməsi, maliyyənin asanlaşdırılması və kənd təsərrüfatı, qida və su sahələrində əməkdaşlığın təşviqi, o cümlədən yerli icmaların və kənd yerlərində qadınların səlahiyyətlərinin artırılması üçün təşəbbüs, koalisiya və şəbəkələri bir araya gətirərək aqreqator rolunu oynayacaq.
Üzvi tullantılarda metanın azaldılması
Yekun Bəyannamə tullantı və qida sistemlərində metanın azaldılması üçün kəmiyyət hədəfləri ilə milli iqlim siyasəti sənədlərində 1,5oC-yə uyğunlaşdırılmış tullantı sektoru öhdəlikləri istiqamətində işi asanlaşdıracaq.
Davamlı və Sağlam Şəhərlər üçün Çoxsahəli Fəaliyyət Yolları (MAP)
Yekun Bəyannamə şəhərlərdə iqlim problemlərini həll etmək üçün çoxsahəli əməkdaşlığı və bütün şəhər iqlimi şəraitində uyğunluq yaratmaq və şəhər iqliminin maliyyələşdirilməsinin sürətləndirilməsi təşəbbüsünü inkişaf etdirməyə çalışacaq.
Turizm üzrə Təkmilləşdirilmiş İqlim Fəaliyyəti
Yekun Bəyannaməyə Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr üzrə turizm üçün sektoral hədəflər daxil ediləcək və sözügedən Bəyannamə emissiyaların azaldılması, eləcə də sektorda davamlılığın artırılması yolu ilə dayanıqlılıq təcrübələrini təşviq edəcək. Sektorda şəffaflığı artırmaq və turizmdə dayanıqlı qida sistemləri üçün çərçivələri təmin etmək məqsədilə nəticələri olan növbəti təşəbbüs irəli sürüləcək.
İqlim Fəaliyyəti naminə Su
Yekun Bəyannamə maraqlı tərəfləri iqlim dəyişməsinin su hövzələrinə və su ilə əlaqəli ekosistemlərə səbəb və təsirləri ilə mübarizə zamanı inteqrasiya olunmuş yanaşmalar qəbul etməyə, regional və beynəlxalq əməkdaşlığı gücləndirməyə, milli iqlim siyasətlərində su ilə bağlı təsirlərin yumşaldılması və adaptasiya tədbirlərini birləşdirməyə çağıracaq. Bəyannamə bu sahədə COP-dan COP-a davamlılığı və ardıcıllığı artırmaq üçün İqlim Fəaliyyəti naminə Su üzrə Bakı Dialoquna başladacaq.
Bakı Qlobal İqlim Şəffaflığı Platforması (BTP)
Platforma İkiillik Şəffaflıq Hesabatlarının hazırlanması və təqdim edilməsində inkişaf etməkdə olan Tərəf ölkələri dəstəkləyəcək, Təkmilləşdirilmiş Şəffaflıq Çərçivəsinin tam spektri üzrə bütün Tərəflər arasında əməkdaşlığı və bilik mübadiləsini təşviq edəcək və ehtiyac duyulan yerlərdə potensialın gücləndirilməsi resurslarını daha yaxşı səfərbər edəcəkdir.
Əlavə 2: COP29 – İki həftəlik gündəlik və tematik günlər
Aşağıda iki həftəlik gündəlik çərçivəsində COP29 Sədrliyi tərəfindən təşkil olunan nazirlər səviyyəsində olan yüksək səviyyəli tədbirlərin ilkin siyahısı təqdim olunur, çünki bu, tematik günlər və Fəaliyyət Gündəliyi təşəbbüsləri ilə bağlıdır. COP29 Sədrliyi gələcək tədbirlərə ev sahibliyi edəcək və təfərrüatları vaxtında elan edəcəkdir.
11 noyabr – COP29-un açılışı
Azərbaycan rəsmi olaraq COP-a sədrliyə başlayır. SBI və SBSTA rəhbərlərinin sədrliyi ilə Yardımçı Qurumların 61-ci iclası başlayır.
12-13 noyabr – İqlim Fəaliyyəti üzrə Dünya Liderlərinin Zirvə Toplantısı
Diqqət: Dünya liderləri Paris Sazişini necə irəli apardıqlarını nümayiş etdirmək üçün toplaşacaq və milli bəyanatlar verəcəklər. Bu Zirvə Toplantısı zamanı biz ambisiyaları artırmaq, fəaliyyətə təkan vermək və bütün maraqlı tərəflərə çatdırmaq üçün aydın siyasi iradənin olduğunu nümayiş etdirmək məqsədilə COP29 Planının iki sütunu ətrafında konsensus yaratmağa çalışacağıq.
Əsas məqamlar: Biz Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr (NDC), Milli Adaptasiya Planları (NAP) və uzunmüddətli istixana qazı emissiyalarının inkişaf strategiyaları vasitəsilə təsirlərin yumşaldılması və uyğunlaşması üçün ambisiyaların artırılması da daxil olmaqla, əsas mövzulara toxunacaq liderlər səviyyəsindəki dialoqlara ev sahibliyi edəcəyik. Biz həmçinin, ABŞ və Çinlə birlikdə metan və CO 2 olmayan İstixana Qazı (İXQ) Zirvə Toplantısına ev sahibliyi edəcəyik.
14 noyabr – Maliyyə, İnvestisiya və Ticarət
Diqqət: İqlim məqsədlərimizə çatmaq üçün biz "ticarətin yaşıllaşdırılması" ilə yanaşı, ekoloji malların və aşağı karbonlu texnologiyaların təşviqi ilə birlikdə iqlim maliyyəsini kollektiv şəkildə genişləndirməliyik. Bu, dayanıqlı iş yerləri yarada və Qlobal Cənub ölkələrinin uzunmüddətli iqlim məqsədlərinin həyata keçirilməsi üçün lazım olan investisiya və texnologiyalara çıxışını təmin edə bilər.
Əsas məqamlar: Biz İqlim maliyyəsi, investisiya və ticarət üzrə Bakı Təşəbbüsü (BICFIT) üzrə yüksək səviyyəli görüşə, İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondunun başlanılması üzrə yüksək səviyyəli tədbirə, ikinci Biznes, İnvestisiya və Xeyriyyə Platformasına start verilməsi üzrə yüksək səviyyəli tədbirə, eləcə də iş yerləri və bacarıqlar daxil olmaqla, ədalətli keçidə sərmayələrə təkan verilməsi üzrə yüksək səviyyəli dialoqa ev sahibliyi edəcəyik.
15 noyabr – Enerji / Sülh, Yardım və Bərpa
Diqqət: Enerji istixana qazları emissiyalarına böyük töhfə verir və qlobal iqlim fəaliyyəti üçün əsas prioritet hesab olunur. İlk Qlobal Baxışın nəticələrinə əsaslanaraq və icraya doğru irəliləyərək, COP29 maraqlı tərəflərin toplanması və kollektiv irəliləyiş əldə etmələri üçün yer təmin edəcək. İqlim və sülh bir-biri ilə dərindən əlaqəlidir, çünki iqlim hadisələri və münaqişələr insanların etibarsızlığına və məcburi miqrasiyaya səbəb ola bilər ki, bu da əsasən inkişaf etməkdə olan və aşağı gəlirli ölkələrdə həssas qruplara təsir göstərir.
Əsas məqamlar: Biz Yaşıl Enerji üzrə zona və dəhlizlər, Enerji saxlanması və şəbəkələri və Hidrogen üzrə yüksək səviyyəli görüş keçirəcəyik və müvafiq COP29 Bəyannamələrinə start verəcəyik. Biz digərləri ilə birlikdə “COP29 – İqlim və Sülh” Müştərək Təşəbbüsü üçün yüksək səviyyəli tədbirə ev sahibliyi edəcəyik, həmsədrlər qrupu ilə birlikdə sülh üçün iqlim fəaliyyətinin aktuallığına dair birgə çağırış təqdim edəcəyik.
16 noyabr – Elm, Texnologiya və İnnovasiya / Rəqəmsallaşma
Diqqət: Rəqəmsal texnologiyalar iqlim fəaliyyətinə dəstək vermək üçün əsas rola malikdir, lakin enerji istehlakına və elektron tullantılara da töhfə verə bilər. İlk Rəqəmsallaşma Günü texnologiyaların ətraf mühitə təsirlərini yumşaldaraq, onların faydalarını əldə edən davamlı rəqəmsal transformasiya üçün birgə fəaliyyəti təşviq edəcək.
Əsas məqamlar: Biz iqlimlə bağlı fəaliyyət üçün rəqəmsallaşmanın roluna dair yüksək səviyyəli dəyirmi masa keçirəcəyik və əlaqəli Bəyannaməni təqdim edəcəyik.
17 noyabr – İstirahət günü; Tematik Proqram yoxdur
Yardımçı Qurumların 61-ci iclası başa çatacaq və Azərbaycan COP29 Sədrliyi Paris Sazişinin Tərəflərinin görüşü kimi fəaliyyət göstərən Tərəflərin 6-cı Konfransına (CMA 6) sədrlik etməyə hazırlaşacaq.
18 noyabr – İnsan inkişafı / Uşaqlar və Gənclər / Sağlamlıq / Təhsil
Diqqət: İqlim dəyişməsi daha sağlam, daha yaxşı təhsil almış və adekvat bacarıqlı şəxslər, xüsusən də gənclər tərəfindən dəstəklənən bütün cəmiyyət yanaşmasını tələb edəcək. İlk dəfə keçiriləcək İnsan İnkişafı Günündə insan inkişafı, gənclər, səhiyyə və təhsil məsələlərinə bir-biri ilə əlaqəli məsələlər kimi yanaşılacaq, eyni zamanda hər bir tematik problemə, o cümlədən iqlim dəyişməsinə ayrıca bir prioritet kimi hərtərəfli baxılacaqdır.
Əsas məqamlar: İnsan inkişafı, sağlamlıq və iş yerlərinə sərmayə yatırılması ilə bağlı bir sıra yüksək səviyyəli görüşlər və tədbirlərə ev sahibliyi edəcəyik və burada İqlim dəyişməsinə qarşı davamlılıq üçün İnsan İnkişafı üzrə Bakı Təşəbbüsünü işə salacağıq.
19 noyabr – Qida, Su və Kənd Təsərrüfatı
Diqqət: Qlobal istiləşmə su dövranını pozur və bütün dünyada insanlar üçün ərzaq təhlükəsizliyini təhdid altında saxlayır. COP29-da bütün maraqlı tərəflər iqlim və kənd təsərrüfatı məsələlərində ardıcıl və kollektiv fəaliyyət öhdəliyi götürmək üçün bir araya gələ bilərlər.
Əsas məqamlar: Fermerlərin Bakı Harmoniya İqlim Təşəbbüsünün işə salınması üçün üzvi tullantılarda metanın azaldılmasına dair görüş də daxil olmaqla bir sıra yüksək səviyyəli tədbirlərə, ev sahibliyi ilə bərabər bu görüşdə əlaqədar Bəyannaməni də təqdim edəcəyik.
20 noyabr – Urbanizasiya / Nəqliyyat / Turizm
Diqqət: Şəhər mühitində iqlim dəyişməsi ilə bağlı problemlərin həlli yerli səviyyədən regional və qlobal səviyyəyə qədər bütün sektorlar və səviyyələr arasında daha çox fəaliyyət tələb edir. Bundan əlavə, iqlim gündəmində nəqliyyatın rolu əlaqəli prioritet kimi nəzərdən keçiriləcək. Sektorun necə təsirləndiyinə və töhfə verə biləcəyinə diqqəti artırmaq üçün COP-da həmçinin, ilk Turizm Gününü də keçirəcəyik.
Əsas məqamlar: Yaşıl tikinti, nəqliyyat və infrastruktur, təbiət, şəhərlərdə sağlamlıq və davamlılıq, iqlim fəaliyyətinin maliyyələşdirilməsi üzrə urbanizasiyaya aid yüksək səviyyəli görüş və dəyirmi masalar keçirəcəyik və Davamlı və Sağlam şəhərlər üçün COP29 MAP Bəyannaməsini təqdim edəcəyik. Biz, həmçinin turizm üzrə yüksək səviyyəli görüş təşkil edəcək və Turizmdə Təkmilləşdirilmiş Fəaliyyət üzrə COP29 Bəyannaməsini təqdim edəcəyik.
21 noyabr – Köklü xalqlar/ Gender bərabərliyi / Təbiət və biomüxtəliflik / Okeanlar və sahilyanı bölgələr
Diqqət: Köklü xalqlar dünyanın biomüxtəlifliyinin 80%-ni və bütöv meşə landşaftlarının 36%-ni qoruyur, qadınların rəhbərlik etdiyi iqlim fəaliyyəti və təbiətə əsaslanan həllər iqlimin yumşaldılması və adaptasiyası üçün transformativ yolları təmsil edir. Həm insan cəmiyyətlərinin, həm də təbiətin və biomüxtəlifliyin rifahı üçün su vacibdir.
Əsas məqamlar: İqlim Fəaliyyəti ilə əlaqədar Su haqqında COP29 Bəyannaməsini təqdim etmək üçün gender mövzusunda yüksək səviyyəli tədbir, su üzrə yüksək səviyyəli görüş keçirəcəyik.
22 noyabr – Yekun Müzakirələr
Tərəflərin danışıqların son mərhələlərinə diqqətini cəmləməsinə şəraitin yaradılmasını təmin etmək məqsədilə son gündə tematik proqram nəzərdə tutulmayıb.
Əlavə 3: İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondu
Qlobal İnventarizasiyada qeyd olunduğu kimi, maliyyə fəaliyyətin vacib şərtidir. Böhranın miqyasını və aktuallığını həll etmək məqsədilə, həm yumşaldılma, həm də adaptasiya maliyyəsi üçün əhəmiyyətli maliyyə artımları ilə çoxşaxəli işlər görməliyik.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin verdiyi istiqamətə müvafiq olaraq, hesab edirik ki, təbii sərvətlərlə zəngin olan ölkələr iqlim dəyişməsi ilə mübarizə aparanların önündə olmalıdır.
Nəticə: COP29 Azərbaycanın təsisçi qismində çıxış etdiyi mədən (qazıntı) yanacağı istehsal edən ölkə və şirkətlərin könüllü töhfələri ilə kapitallaşdırılacaq İqlim Maliyyəsi üzrə Fəaliyyət Fonduna (CFAF) start verir. Üzvlər illik töhfələri sabit məbləğdə və ya istehsal həcminə əsasən köçürməyi öz öhdələrinə götürəcəklər.
CFAF özəl sektoru səfərbər edən və investisiya riskini azaldan təkanverici dövlət-özəl tərəfdaşlıq fondu olacaq. Fond, həmçinin ehtiyacı olan inkişaf etməkdə olan ölkələrdə təbii fəlakətlərin nəticələrini sürətlə aradan qaldırmaq üçün güzəştli və qrant əsaslı dəstəyi olan xüsusi obyektlərdən ibarət olacaq.
CFAF kiçik və orta ölçülü bərpa olunan enerji istehsalçıları və yaşıl sənaye layihələri üçün ilk zərər kapitalı üzrə müqavilədən kənar zəmanət təmin edəcək. Fond həm də dolanışıq vasitələrini qorumaq və xalis sıfıra nail olmaq üçün prioritet olaraq ərzaq və kənd təsərrüfatı sektoruna diqqət yetirəcək.
CFAF kapitallaşdırılmaq üçün 1 milyard dollar toplamaq məqsədi daşıyan ilkin maliyyələşmə mərhələsindən və 10 töhfə verən ölkənin səhmdar kimi öhdəlik götürməsindən sonra fəaliyyətə başlayacaq.
Kapitalın 50 faizi təsirlərin yumşaldılması, adaptasiya, tədqiqat və inkişaf üzrə dəstəyə güvənən inkişaf etməkdə olan ölkələrin iqlim layihələrinə yönəldiləcək. Bunlar təmiz enerji texnologiyalarının qəbulunu təşviq edəcək, enerji səmərəliliyini artıracaq, həssas əhalinin iqlim dəyişməsinə qarşı davamlılığını gücləndirəcək və qabaqcıl texnologiyaların inkişafına kömək edəcəkdir.
Töhfələrin 50 faizi üzvlərin 1,5°C hədəfinə çatmaq üçün Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrin (NDC) növbəti mərhələsini qarşılamağa kömək məqsədi daşıyacaq.
İnvestisiyalardan əldə edilən gəlirlərin iyirmi faizi yüksək güzəştli və qrant əsaslı dəstəyi təmin edən Operativ Maliyyələşdirmə Mexanizminə (2R2F) yerləşdiriləcək. Bu obyekt inkişaf etməkdə olan kiçik ada dövlətlərində, ən az inkişaf etmiş dövlətlərdə və ehtiyac olduqda inkişaf etməkdə olan digər həssas icmalarda təbii fəlakətlərin nəticələrini aradan qaldırmaq üçün dərhal əlçatan maliyyə vəsaiti təklif edəcəkdir.
Fondun baş qərargahı və katibliyi Azərbaycanda, Bakıda yerləşəcək. Onun direktorlar şurasına ianəçilərin nümayəndələri daxil olacaq, səhmdarlar birgə qərarlar qəbul edəcək, müstəqil audit komitəsi isə maliyyə hesabatları və layihənin qiymətləndirilməsi daxil olmaqla, rüblük məlumatları dərc edəcəkdir. COP29 Sədrliyi beynəlxalq maliyyə ekspertlərinin iştirakı ilə idarəetmə modelinin və maliyyələşdirmə mexanizminin daha da inkişaf etdirilməsi üzərində işləyən İşçi Qrupu yaratmışdır.
Fəaliyyətə çağırış: Mədən (qazıntı) yanacağı istehsal edən ölkələr və İqlim Maliyyəsi üzrə Fəaliyyət Fonduna qoşulan şirkətlərlə fəaliyyətə şərait yaratmaq.
Əlavə 4: İqlim Maliyyəsi, İnvestisiya və Ticarət üzrə Bakı Təşəbbüsü (BICFIT)
Beynəlxalq investisiya və ticarət bütün dünyada qlobal inkişafın və həyat standartlarının yüksəldilməsinin əsas hərəkətverici qüvvələridir. Bununla belə, iqlim ambisiyalarımızı qarşılamaq üçün biz mövcud vəziyyətdən kənara çıxmalı və həm iqlim fəaliyyətinə, həm də dayanıqlı inkişafa müsbət təsir göstərən investisiya və ticarəti təşviq etməliyik. Xüsusilə, inkişaf etməkdə olan ölkələrin “yaşıl” məhsulların tədarükünü və dəyər zəncirlərində fəal iştirak etmələrini təmin etməklə, onlara qlobal dekarbonizasiyaya töhfə vermək və ondan faydalanmaq imkanı verməliyik. Eyni zamanda, əlavə fayda əldə etmək və Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı kompromisləri minimuma endirmək vacibdir.
BICFIT digər tərəfdaşlar, beynəlxalq təşkilatlar, çoxtərəfli inkişaf bankları və iqlim fondları, özəl sektor, xeyriyyə təşkilatları, vətəndaş cəmiyyəti və akademiya ilə sıx əməkdaşlıq çərçivəsində, BMT-nin Ticarət və İnkişaf Konfransı (BMTTİK), BMT-nin İnkişaf Proqramı (BMTİP) və COP29 Sədrliyi tərəfindən birgə idarə olunacaq. BICFIT çoxtərəfli inkişaf bankları, iqlim fondları, xeyriyyə təşkilatları və inkişaf tərəfdaşları ilə iqlim maliyyəsini ticarət və investisiya ilə daha effektiv uyğunlaşdırmaq və həm dövlət, həm də özəl iqlim fondlarını inkişaf etməkdə olan ölkələrə yönəltmək məqsədilə əməkdaşlıq edəcək.
Nəticə: İqlim Maliyyəsi, İnvestisiya və Ticarət üzrə Bakı Təşəbbüsü (BICFIT) iqlim maliyyəsi, investisiya, ticarət və ümumi dayanıqlı inkişaf gündəliklərini inteqrasiya etməklə uyğunlaşmanın yaxşılaşdırılmasına yönəlmiş yeni tərəfdaşlıq yaratmaq məqsədi daşıyır. BICFIT dialoq vasitəsilə siyasətin formalaşdırılmasını dəstəkləmək, bilik və təcrübə mübadiləsi aparmaq, iqlim investisiyalarını təşviq etmək və birgə həll variantları hazırlamaq üçün qlobal platforma rolunu oynayacaq. BICFIT iqlim maliyyəsi, investisiya və ticarətin milli iqlim siyasətlərinə və inkişaf strategiyalarına tam inteqrasiyasını təmin etmək üçün tərəflərə köməklik göstərəcək və onların potensialını artıracaq.
BICFIT, həmçinin iqlim fəaliyyətinə müsbət təsir göstərən investisiyaları cəlb etmək üçün investisiyaların təşviqi qurumlarının potensialının artırılması yollarını araşdıracaq. Bundan əlavə, o, iqlim maliyyəsi, investisiya və ticarət arasında əlaqəni gücləndirməyə yönəlmiş milli, regional və subregional platformaların yaradılmasını təşviq edəcək. Bu platformalar iqlim fəaliyyətinin inkişaf məqsədlərinə daha hədəfli və yerli səviyyədə uyğunlaşdırılmasını təmin edərək konkret, maliyyələşdirilə bilən iqlim layihələrinin layihələndirilməsi, strukturlaşdırılması və hazırlanmasına kömək edəcək.
Əməkdaşlığı inkişaf etdirmək və müştərək həll variantları tapmağa kömək etmək üçün BMT-nin Ticarət və İnkişaf üzrə Dünya İnvestisiya Forumu və digər qlobal platformaların bir hissəsi kimi müntəzəm BICFIT Dialoqları keçiriləcək. İlk BICFIT Dialoqu 2025-ci ildə 9-cu Dünya İnvestisiya Forumunda baş tutacaq.
Fəaliyyətə çağırış: İştirak etmək və icra tərəfdaşları kimi xidmət etməkdə maraqlı olduqlarını ifadə etməklə BMT agentlikləri, beynəlxalq təşkilatlar, inkişaf tərəfdaşları, hökumətlər, çoxtərəfli inkişaf bankları, iqlim fondları, özəl sektor, xeyriyyə təşkilatları, vətəndaş cəmiyyəti və akademik dairələrlə birlikdə fəaliyyətə şərait yaratmaq.
Əlavə 5: Yaşıl Enerji üzrə Zonalar və Dəhlizlər
İlk Qlobal İnventarizasiya emissiyaların azaldılması və qlobal istiləşmənin 1,5°C-yə qədər məhdudlaşdırılmasına kömək etmək üçün Tərəfləri 2030-cu ilə qədər bərpa olunan enerji potensialının üç dəfə, enerji səmərəliliyinin qlobal orta illik dərəcəsinin isə iki dəfə artırılmasına milli səviyyədə müəyyən edilmiş şəkildə töhfə verməyə çağırıb. Bu, birgə fəaliyyət və siyasətin dəstəyi ilə əldə edilə biləcək ambisiyalı hədəfdir.
Biz icraya doğru irəlilədikcə, Tərəflərin bu hədəfə töhfə vermələrinə kömək etmək üçün bir sıra şərtlər tələb olunacaq. Əsas problemlərdən biri ondan ibarətdir ki, bərpa olunan enerji mənbələri çox vaxt tələbatın ən çox olduğu ərazilərdən uzaqda yerləşir.
İlk növbədə dayanıqlı enerji istehsalını maksimum dərəcədə artırmaq üçün yaşıl enerji zonaları mərkəzləşdirilmiş qovşaqlar rolunu oynamalıdır. İkincisi, yaşıl enerji dəhlizləri enerjinin uzun məsafələrə və milli sərhədlər boyunca sərfəli şəkildə ötürülməsi üçün vacibdir.
Qlobal enerji bazarlarında aparıcı oyunçu kimi öz geniş bərpa olunan enerji potensialından istifadə etmək və bərpa olunan enerji ixracını artırmağı planlaşdıran Azərbaycanın artıq enerji keçidinin çətinlikləri və həll yolları ilə bağlı təcrübəsi var və biz yaşıl enerji zonalarını və dəhlizlərini milli inkişaf və iqlim strategiyalarımız üçün əsas prioritetlər kimi müəyyən etmişik.
Nəticə: BMT-nin Sənaye İnkişafı Təşkilatı (UNIDO) ilə tərəfdaşlıq çərçivəsində Sədrlik müxtəlif maraqlı tərəflərin təsdiqinə açıq olacaq COP29-un Yaşıl Enerji üzrə Zona və Dəhlizlər Öhdəliyini işləyib hazırlamışdır.
Öhdəlik hökumətləri bir sıra prinsip, təəhhüd və məqsədlər ətrafında birləşdirəcək. Yaşıl enerji zonalarının genişləndirilməsini dəstəkləmək üçün bir komponent kapital cəlb edən, dayanıqlı enerji layihələrinin maliyyə baxımından əlverişliliyini təmin edən və investisiyaları təşviq etmək üçün müvafiq bazar siqnalları göndərən siyasət və stimulların müdafiəsinə yönələcək.
Digər komponent yaşıl enerji dəhlizlərini aktivləşdirmək üçün regional əməkdaşlığın vacibliyini vurğulayacaq və əməkdaşlıq, texniki-iqtisadi əsaslandırmalar üçün vahid yanaşma, eləcə də şəbəkə kodlarının harmonizasiyası üçün çoxtərəfli platformaların genişləndirilməsi və ya yaradılmasına çalışacaqdır.
Fəaliyyətə çağırış: COP29-un Yaşıl Enerji üzrə Zonaları və Dəhlizləri Öhdəliyini təsdiqləyən hökumətlər və digər maraqlı tərəflərlə ambisiyanı artırmaq.
Əlavə 6: Qlobal Enerjinin Saxlanılması və Şəbəkələri
Enerji ehtiyatının genişləndirilməsi bərpa olunan enerjinin dəyişkənliyini aradan qaldırmaq, eləcə də enerji şəbəkələrinin sabitliyi və davamlılığını təmin etmək üçün həlledici rol oynayacaq. Bundan əlavə, ənənəvi mədən (qazıntı) yanacağı enerjisi istehsalı ilə müqayisədə daha çox dəyişən və coğrafi cəhətdən bir çox fərqli mənbələrdən gələn bərpa olunan enerjinin artan miqdarını idarə etmək üçün enerji şəbəkələri təkmilləşdirilməlidir. Bu təkmilləşdirmə ədalətli enerji keçidinin bir hissəsi olaraq Qlobal İnventarizasiyanın nəticələrinin həyata keçirilməsi və işlək vəziyyətə gətirilməsi üçün də mühüm rol oynayacaq.
COP29-BEA Yüksək Səviyyəli Enerji Dialoqları zamanı iştirakçılar tez-tez enerjinin saxlanılması həllərinin çatışmazlığı və təkmilləşdirilmiş şəbəkələrə olan ehtiyacın enerji istehsalında bərpa olunan enerjinin miqdarını artırmaq imkanlarını məhdudlaşdırdığını vurğulamışlar. Bu, elektroenergetikanı genişləndirmək, eləcə də xəstəxana, məktəb və müəssisələrin əlverişli, dayanıqlı və etibarlı enerjiyə davamlı çıxışını təmin etmək istəyən inkişaf etməkdə olan ölkələr üçün xüsusilə vacibdir.
Azərbaycan bərpa olunan enerji istehsalını genişləndirmək üçün enerjinin saxlanılmasını əsas prioritet kimi müəyyənləşdirib və bu sahədə milli hədəfini 250 MVt səviyyəsində təyin edib. Bununla belə, heç bir ölkə qlobal batareya sənayesini tək başına qura bilməz. Bunu nəzərə alaraq, qlobal təchizat proseslərini aktivləşdirmək, zəruri texnologiyaları inkişaf etdirmək və xərcləri azaltmaq məqsədilə daha güclü bazar siqnalları göndərmək üçün daha böyük əməkdaşlığa ehtiyacımız var.
Nəticə: BMT-nin Sənaye İnkişafı Təşkilatı (UNIDO) ilə tərəfdaşlıq çərçivəsində COP29 Sədrliyi Qlobal Enerjinin Saxlanılması və Şəbəkələri Öhdəliyini işləyib hazırlamışdır ki, bu da 2030-cu ilə qədər quraşdırılmış enerjinin saxlanılması potensialının 1,500 QVt-a çatdırılmasına dair qlobal hədəf müəyyən edir. Bu 2022-ci il səviyyəsindən altı dəfə çoxdur və Tərəflər bu məqsədə milli səviyyədə müəyyən edilmiş şəkildə töhfə verməyə təşviq edilir. Bundan əlavə, yaşıl enerji şəbəkələrinin hazırlanmasını asanlaşdırmaq üçün Öhdəlik tərəfdarları 2040-cı ilə qədər 80 milyon kilometrdən çox şəbəkə əlavə etmək və ya yeniləmək kimi qlobal şəbəkə hədəfi vasitəsilə şəbəkə tutumunu artırmağı öhdəsinə götürəcəklər.
Öhdəliyi dəstəkləyən maraqlı tərəflər maliyyə, tənzimləyici çərçivələr, texnologiyanın inkişafı, təchizat prosesləri, standartlaşdırma, əməkdaşlıq, inklüzivlik və irəliləyişlərin nəzərdən keçirilməsi kimi əsas tədbirlər üzrə prinsipləri qəbul edəcəklər.
COP29 Qlobal enerjinin saxlanılması və şəbəkələri öhdəliyi hökumətlər, özəl sektor, vətəndaş cəmiyyəti, BMT agentlikləri və beynəlxalq təşkilatlar da daxil olmaqla geniş spektrli dəstəkçilərə açıq olacaq. Bu, qlobal enerji saxlama qabiliyyətinin genişləndirilməsinə və şəbəkənin inkişafının yaxşılaşdırılmasına kömək etmək üçün bir çox müxtəlif qrupların iştirak etməli olacağı anlayışını əks etdirir.
Fəaliyyətə çağırış: Hökumətlər, özəl sektor, vətəndaş cəmiyyəti, BMT agentlikləri və COP29-un Qlobal enerjinin saxlanılması və şəbəkələri öhdəliyini təsdiq edən beynəlxalq təşkilatlarla birlikdə ambisiyanı artırmaq.
Əlavə 7: Hidrogen Fəaliyyəti
Qlobal İnventarizasiya tərəfləri sıfır və aşağı emissiyalı texnologiyaların, o cümlədən az karbonlu hidrogenin tətbiqini sürətləndirmək üçün qlobal səyləri dəstəkləməyə çağırıb. Hidrogen xüsusilə polad, alüminium və ağır nəqliyyat kimi dekarbonizasiyası çətin olan sənaye sahələrində emissiyaların azaldılmasında vacib rol oynayacaq. Artıq bərpa olunan enerji yaşıl hidrogen istehsalında istifadə edildiyindən, o, həm də saxlama həlli kimi xidmət edə bilər.
Bununla belə, təmiz hidrogenin qlobal ticarəti hələ də ilkin mərhələdədir və hidrogen bazarlarının inkişafı üçün bir çox tənzimləyici, texnoloji və maliyyə maneələri var. Bütün hidrogen dəyər zənciri üçün işlək biznes modelləri hazırlamaq məqsədilə beynəlxalq çərçivə, qayda və standartları uyğunlaşdırmaq çox vacibdir. COP29 Sədrliyi sertifikatlaşdırma sistemlərinin qarşılıqlı tanınması haqqında COP28 Niyyət Bəyannaməsi əsasında qurulacaq.
Nəticə: BMT-nin Sənaye İnkişafı Təşkilatı (UNIDO) ilə tərəfdaşlıq çərçivəsində Sədrlik hidrogen bazarlarının uyğunlaşdırılmasını və inkişafını dəstəkləmək üçün COP29 Hidrogen Bəyannaməsini təqdim edəcək.
COP29 Hidrogen Bəyannaməsini təsdiq edən tərəfdaşlar təmiz hidrogenə tələbatı artırmaqla hidrogen istehsalının dekarbonizasiyasını sürətləndirmək və enerji keçidini asanlaşdırmaq və bu xüsusda hədəflər müəyyən etmək, təşəbbüslər, mandatlar, dövlət satınalma planları hazırlamaq və dövlət-özəl tərəfdaşlıq yaratmaq öhdəliyi götürürlər. Müvafiq hallarda tərəfdaşlar hidrogeni milli iqlim və enerji planlarına inteqrasiya edəcəklər. Onlar, həmçinin digər əsas prioritetlərlə yanaşı, qlobal standartların sürətləndirilməsi və sertifikatlaşdırma sxemlərinin qarşılıqlı tanınmasına razılıq verəcəklər.
COP29 zamanı keçiriləcək yüksək səviyyəli dəyirmi masada maraqlı tərəflər digər əsas mövzular arasında milli elanları nəzərdən keçirəcək, keçmiş təşəbbüsləri qiymətləndirəcək və təmiz hidrogen layihələrinin maliyyələşdirilməsini müzakirə edəcəklər.
COP26-da start verilən Hidrogen İrəliləyişi Təşəbbüsü: COP30-dan əvvəl prioritetləşdirmə və birgə fəaliyyət üçün çərçivə və yol xəritəsini müəyyən etmək üçün 2025-ci ilin Prioritet Beynəlxalq Fəaliyyətlərinə COP29-da start veriləcək.
Fəaliyyətə çağırış: COP29 Hidrogen Bəyannaməsini təsdiq edən hökumətlər və digər maraqlı tərəflərlə ambisiyanı artırmaq və aparıcı fəaliyyətləri dəstəkləməkdə maraqlarını qeyd etməklə fəaliyyətə şərait yaratmaq.
Əlavə 8: COP Atəşkəs Çağırışı
İqlim dəyişməsi, münaqişə və həssaslıq arasındakı dağıdıcı qarşılıqlı əlaqə dünyanın hər yerində icmalar üçün ciddi təhlükə yaradır. İqlim dəyişməsi 2050-ci ilədək 1,2 milyard insanı yaşadığı ərazidən köçməyə vadar edə bilər. Çünki intensiv humanitar problemlərlə üzləşən həssas əhali qrupunun iqlim dəyişməsinə uyğunlaşma qabiliyyəti çox aşağıdır.
Nəticə: COP29 Sədrliyi əməkdaşlıq, iqlim fəaliyyəti və hətta xalqlar arasında sülhə gətirib çıxara biləcək müsbət impulsu təşviq etmək məqsədi daşıyan Olimpiya Atəşkəs çağırışından nümunə götürülmüş COP Atəşkəs Çağırışına, start verəcək.
Çağırışda bütün dövlət və tərəflərdən hər COP sessiyasının açılışına yeddi gün qalmış başlayaraq, bitməsindən yeddi gün sonraya qədər atəşkəsə riayət etmək xahiş olunacaq. Bu, dövlətlərə münaqişə və iqlim dəyişməsi arasındakı əlaqəni xatırlatmaq və ən həssas insan qruplarını qorumaq üçün kollektiv həll yolları tapmağın vacibliyini vurğulamaq məqsədi daşıyır.
COP Atəşkəs Çağırışı hökumətlər, özəl sektor, vətəndaş cəmiyyəti qurumları, BMT agentlikləri və beynəlxalq təşkilatları bu çağırışı dəstəkləməyə dəvət edəcək və bir çox müxtəlif subyektlərin sülh və barışığın təşviqindəki rolunu tanıyacaq.
Əvvəlki COP sessiyalarının səylərinə əsaslanaraq, eləcə də İqlim, Yardım, Bərpa və Sülh üzrə COP28 Bəyannaməsindən sonra COP29 münaqişənin qarşısını almaq və əhalinin ən həssas təbəqələrinə dəstək göstərməyin vacibliyini vurğulamağa davam edəcək. Noyabrın 15-də COP29-da Sülh, Yardım və Bərpa Günü keçiriləcək. Bu tədbirdə sülh və iqlim arasındakı əlaqəni vurğulayacaq və iqlim maliyyəsini, eləcə də ən həssas əhali qruplarına dəstəyi artırmağın yollarını araşdıracaq yüksək səviyyəli tədbirlər keçiriləcək. Bu gün həm də qadınlar və gənclərin perspektivlərinə xüsusi diqqət yetirməklə, ən çox təsirə məruz qalan ölkələrin səsləri üçün bir platforma təqdim edəcək.
COP29 Sədrliyi, həmçinin Azərbaycan, Misir, Almaniya, İtaliya, Uqanda və Böyük Britaniya hökumətləri ilə birlikdə ayrıca olaraq COP29 İqlim və Sülh Təşəbbüsünə start verib. Onların ilk iclasının Birgə Kommünikesində (27 iyul 2024) təsvir olunduğu kimi, təşəbbüsün əsas məqsədi ən həssas əhali qruplarının ehtiyaclarını mövcud resurslarla uyğunlaşdırmaqla daha dərin dialoq və anlaşmanı təşviq etməkdir. BMT agentlikləri, Çoxtərəfli İnkişaf Bankları və digər əsas maraqlı tərəflərlə əməkdaşlıq çərçivəsində təşəbbüs ən yaxşı təcrübələri paylaşan tərəfdaşlıqlar qurmaq və mükəmməllik mərkəzinin yaradılması da daxil olmaqla praktiki icra strategiyalarını inkişaf etdirmək məqsədi daşıyır.
Fəaliyyətə çağırış: COP Atəşkəs Çağırışını dəstəkləyən bütün maraqlı tərəflərlə ambisiyanı artırmaq. “COP29 – İqlim və Sülh” Təşəbbüsünə qoşulmaqda maraqlı olan ölkələr, Çoxtərəfli İnkişaf Bankları, BMT agentlikləri və müvafiq tərəfdaşlarla fəaliyyətə şərait yaratmaq.
Əlavə 9: Yaşıl Rəqəmsal Fəaliyyət
Rəqəmsal texnologiyalar, bir çox sektorda enerji səmərəliliyini artıraraq və monitorinq, erkən xəbərdarlıqlar təmin edərək iqlim fəaliyyəti üçün dəstək rolunu oynamaq potensialına malikdir. Eyni zamanda, rəqəmsal alətlərin artan istifadəsi məlumat mərkəzlərinin enerji istehlakı, materiallardan istifadə və elektron tullantılar vasitəsilə emissiyaların artmasına səbəb ola bilər.
COP29 Sədrliyi hesab edir ki, rəqəmsallaşmanın iqlim fəaliyyəti üçün dəstək verməsini təmin etmək üçün həm ictimai, həm də özəl tərəfdaşlar tərəfindən qabaqcıl və qətiyyətli addımlar atılmalıdır. Bundan əlavə, Azərbaycan yaşıl ağıllı kəndlərin inkişafı vasitəsilə imkanlardan faydalanmaq və iqlimə şüurlu rəqəmsallaşmanı sosial-iqtisadi inkişaf üzrə milli planlarımızda prioritet etmək öhdəliyini öz üzərinə götürüb.
COP28-də Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) və 40-dan çox ictimai və özəl sektor tərəfdaşı Yaşıl Rəqəmsal Fəaliyyət təşəbbüsünü işə salmışdı. Bu işi davam etdirmək üçün COP29 çərçivəsində rəqəmsallaşmanın yaratdığı imkanlar və problemlərə diqqət yetirmək üçün ilk Rəqəmsallaşma Günü keçiriləcək. Bu tədbir çərçivəsində COP-da ilk yüksək səviyyəli rəqəmsallaşma görüşü keçiriləcək ki, bu da ictimai sektorun bu mühüm məsələyə diqqətini yönəldəcək. Bu səylərdə COP29 Sədrliyi BTİ və UNFCCC Texnologiya Mexanizmi ilə sıx əməkdaşlıq edir.
Nəticə: Rəqəmsallaşma günündə COP29 Sədrliyi COP29 Yaşıl Rəqəmsal Fəaliyyət Bəyannaməsini təqdim edəcək. Bu Bəyannamə təsdiq edəcək tərəflər üçün rəqəmsal alətlərin iqlim fəaliyyəti üzrə istifadəsini artırmaq, rəqəmsal infrastruktura iqlim dayanıqlığını daxil etmək, rəqəmsallaşmanın ətraf mühitə təsirini azaltmaq, məlumat əsaslı qərar qəbuletməni təkmilləşdirmək, rəqəmsal inklüzivlik və bərabərliyi təşviq etmək, davamlı innovasiyaları və tədqiqatları sürətləndirmək, həmçinin davamlı istehlak təcrübələrini təşviq etmək öhdəliklərini ehtiva edir.
Bəyannamə həmçinin iqlimə şüurlu rəqəmsallaşmanın əlçatanlığını artırmağa diqqət yetirir və rəqəmsal həllərin, xüsusilə ən az inkişaf etmiş dövlətlər (LDCs), dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr (LLDC) və inkişaf etməkdə olan kiçik ada dövlətləri (SIDS) üçün əlçatan olmasını təmin etmək öhdəliyini nəzərdə tutur. Bəyannaməni təsdiqləyən tərəflər bu nəticələrə nail olmaq üçün Çoxtərəfli İnkişaf Banklarının (MDBs) iqlim maliyyəsini səfərbər etmək rolunu artırmaq üçün çalışacaqlar.
Bəyannamə, həmçinin UNFCCC Texnologiya Mexanizmi kimi daha çox dəstəyə ehtiyacı olan mühüm mexanizmlərə diqqət çəkəcək.
Fəaliyyətə çağırış: Hökumətlər və özəl sektorun COP29 Yaşıl Rəqəmsal Fəaliyyət Bəyannaməsinə qoşulması ilə ambisiyanı artırmaq.
Əlavə 10: İqlim Davamlılığı üçün İnsan İnkişafı üzrə Bakı Təşəbbüsü
Təhsil, bacarıqlar, sağlamlıq və rifah insanların iqlim böhranı ilə mübarizəyə töhfə verməsini təmin edən əsas amillərdəndir. Fərdlərin inkişafı həm iqlim dəyişməsi ilə mübarizə, həm də qlobal istiləşməyə uyğunlaşma mövzusunda birgə səylərimiz üçün həyati əhəmiyyət kəsb edir, çünki biz qlobal miqyasda iqlimə müsbət təsir göstərəcək həllərin inkişafını və tətbiqini təmin etməyə çalışarkən, bununla bağlı yaranan çətinliklərlə də başa çıxmalıyıq. İqlim hədəflərimizə çatmaq üçün tələb olunan insan inkişafı da 3, 4, 8 və 13 saylı dayanıqlı inkişaf məqsədlərinə (DİM) nail olmağın mühüm tərkib hissəsidir. Araşdırmalar göstərir ki, ən erkən yaşlardan uşaqların potensialına və davamlılığına qoyulan investisiya insan inkişafının daha geniş şəkildə gücləndirilməsi üçün həm səmərəli, həm də vacibdir.
Bir neçə COP sessiyasında iqlim dəyişməsi və insan inkişafının müxtəlif aspektləri, o cümlədən sağlamlıq, təhsil, iş yerləri, bacarıq, uşaqlar və gənclərlə bağlı məsələlər müzakirə edilmişdir. COP29-da biz ilk İnsan İnkişafı gününə ev sahibliyi edəcəyik və uyğun maliyyə, o cümlədən çoxşaxəli siyasət yanaşmaları ilə dəstəklənməsi məqsədilə bu əlaqəli məsələləri bir araya gətirən İqlim Davamlılığı üçün İnsan İnkişafı üzrə Bakı təşəbbüsünə start verəcəyik.
Nəticə: Təşəbbüslə təhsil, səhiyyə, sosial müdafiə, iş yerləri və bacarıqlar, uşaq və gənclər, o cümlədən gender sahələrində beynəlxalq təşkilatlar, çoxtərəfli inkişaf bankları və digər maraqlı tərəfləri bir araya gətirərək insan inkişafı və iqlim dəyişməsi üzrə strateji qlobal əməkdaşlıq təsis ediləcək. Bu əməkdaşlıq iqlim və insan inkişafı sahələrində fəaliyyət göstərən təşkilatlar arasında əməkdaşlıq, uyğunluq və davamlılığı təmin edəcək. Eyni zamanda, tələbləri maliyyə ilə uyğunlaşdıraraq və mövcud çatışmazlıqları, o cümlədən imkanları müəyyən edərək davamlı dialoq üçün daimi platforma yaradacaq və insan resurslarının inkişafına investisiya qoyuluşunu stimullaşdıracaqdır.
Sağlamlıq üzrə təşəbbüs sayəsində Ümumdünya Səhiyyə Təşkilatı (WHO) ilə yanaşı, keçmiş, hazırkı və gələcək COP sədrliklərinin üzv olacağı İqlim və Sağlamlıq üzrə Bakı COP Sədrliklərinin Varislik Koalisiyası təsis ediləcək. Gələcək sədrləri qoşulmağa dəvət etməklə, koalisiya sağlamlığın iqlim fəaliyyəti gündəliyinə daimi inteqrasiyasını təşviq edəcək. COP29 sağlamlığa təsir üzrə investisiya platformasının iqlim yönümlü diqqətin tam olaraq formalaşdırılması və inkişaf etdirilməsi üçün mühüm bir mərhələ olacaq və investisiya ehtiyaclarını birgə analiz edərək müvafiq tərəfdaşlıqları dəstəkləyəcək.
Təhsil üzrə təşəbbüs sayəsində UNESCO-nun Yaşıllaşdırma üzrə Təhsil Tərəfdaşlığı vasitəsilə məktəb, kurikulum, müəllimlər üçün təlimlər və təhsil sistemlərinin imkanları və icmalarını ətraf mühitə uyğunlaşdırmaq məqsədilə minimum standartlar müəyyən edilərək qlobal əməkdaşlığı gücləndiriləcək. Ekoloji savadlılığın hər bir uşağın təhsilində vacib məqsədə çevrilməsini təmin etmək məqsədilə COP29 Sədrliyi Ekoloji Savadlılıq üzrə Tələbələrin Beynəlxalq Qiymətləndirilməsi Proqramının (PİSA) inkişafına dəstək verəcəkdir. Bu göstərici PİSA sahələrindəki müvafiq tapşırıqlardan əldə olunan sübutları birləşdirəcək və əsas mövzularla ətraf mühit üzrə bacarıqlar və məsələlər arasındakı əlaqəni vurğulayacaq. PİSA tələbələrin təlim nəticələrinə dair möhkəm sübutlar və məktəb səviyyəsində təcrübələrlə bağlı məlumatlar vasitəsilə keyfiyyətli ekoloji təhsil təmin edən təhsil sistemlərinin gedişatını izləyə bilər. Təşəbbüs lazımi dəstəyi qazanarsa, əsas məlumatlar 2029-cu ildə və sonrakı müddətdə hər dörd ildən bir PİSA iştirakçı ölkələrinin hər birindən toplanacaq.
İş yerləri və bacarıqlar üzrə təşəbbüs sayəsində cari və gələcək işçi qüvvəsinin bacarıqlarını artırmaq, yenidən qazandırmaq və ixtisaslaşdırmaq, o cümlədən ədalətli keçidi dəstəkləmək üçün səylər göstəriləcək. Uşaq və gənclər üzrə təşəbbüs davamlı cəmiyyətlər yaratmaq və ən yaxşı təcrübələri nümayiş etdirmək üçün çarpazlaşan prioritet kimi uşaq əsaslı iqlim siyasətləri, fəaliyyətlər və maliyyəyə diqqəti artıracaq.
COP29 Sədrliyi iqlim dəyişməsinə vahid yanaşma tələb edən, insan inkişafı, iş yerləri, bacarıqlar, təhsil, gənclər, uşaqlar və sağlamlığı bir-birinə bağlı məsələlər kimi nəzərdən keçirən yüksək səviyyəli tədbirə ev sahibliyi edəcək. Bu, maraqlı tərəflərin müvafiq sahələrdə sinerjilər yaratmasına imkan verəcək. Bu yüksək səviyyəli tədbir İqlim davamlılığı üçün insan inkişafı üzrə Bakı prinsiplərini təmin etməyə çalışacaq. Daha sonra COP29 Sədrliyi bu sessiyaları hər bir tematik problemin müstəqil prioritet kimi həll olunması məqsədilə fərdi dəyirmi masalarla yekunlaşdıracaq.
Fəaliyyətə çağırış: İnsan inkişafı və iqlim dəyişməsi üzrə strateji qlobal əməkdaşlığa qoşulan beynəlxalq təşkilatlar və çoxtərəfli inkişaf bankları ilə fəaliyyətə şərait yaratmaq. Ətraf mühitə uyğun (“yaşıl”) təhsili dəstəkləyən bütün maraqlı tərəflərlə ambisiyanı artırmaq.
Əlavə 11: Fermerlər üçün Bakı İqlim Harmoniyası Təşəbbüsü
İqlim dəyişməsinin kənd təsərrüfatına təsirləri dünyanın hər yerində insanlar üçün ərzaq və su təhlükəsizliyinə təhdidlər yaradır. Kənd təsərrüfatındakı iqlim tədbirləri adaptasiya, yumşaltma, ərzaq təhlükəsizliyinin təmin edilməsi, torpaqların deqradasiyası və su qıtlığı ilə mübarizə, eləcə də dayanıqlı inkişaf məqsədlərini dəstəkləmək üzrə çoxsaylı problemləri həll etmək potensialına malikdir.
Azərbaycan bu problemin fərqinə varır, çünki əmək qüvvəmizin böyük bir hissəsi kənd təsərrüfatında çalışır. Eyni zamanda, iqlim dəyişməsi ilə artan su çatışmazlığı, səhralaşma və torpaq deqradasiyası məhsuldarlığı azaltmaqla yanaşı, iqtisadi inkişafı da təhlükəyə atır.
Ardıcıl keçirilən COP tədbirlərində kənd təsərrüfatına diqqət artırılmışdır və COP28-də iqlimə davamlı ərzaq və kənd təsərrüfatı məhsullarının istehsalının artırılması, tədarükü və paylanması BƏƏ-nin qlobal iqlim davamlılığı üzrə Çərçivəsində prioritetləşdirilmiş əsas sektor idi. Artıq siyasət, potensialın artırılması və ya maliyyəyə çıxışa yönəlmiş 90-dan çox müvafiq qlobal və ya regional təşəbbüs, şəbəkə və tərəfdaşlıq mövcuddur. Təşəbbüslərin çoxluğunu nəzərə alaraq, daha çox təsir göstərmək üçün öyrənilən dərslərin əlaqələndirilməsinə, harmoniyasına və paylaşılmasına ehtiyac var.
Nəticə: BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə tərəfdaşlıq çərçivəsində COP29 Sədrliyi Fermerlər üçün Bakı İqlim Harmoniyası Təşəbbüsünə start verəcək.
Əvvəlcə təşəbbüs sayəsində fermerlər, kəndlər və kənd icmalarını gücləndirmək üçün qeyri-mütənasib təşəbbüsləri bir araya gətirərək bu sahədə rahatlığı artırmaq üçün toplayıcı rolunu oynayacaq. Daha səmərəli əməkdaşlıq və bilik paylaşımını gücləndirmək üçün proqramların vəziyyətini aydınlaşdırmaq məqsədilə portal istifadəyə veriləcək. Bununla yanaşı, gələcək siyasətin hazırlanmasına və resursların bölüşdürülməsinə istiqamət vermək üçün boşluqları və fürsətləri müəyyənləşdirmək məqsədilə səylər göstəriləcək.
İkincisi, ehtiyacları mövcud vəsaitlərlə uyğunlaşdıraraq iqlimə davamlı kənd təsərrüfatı ərzaq sistemlərinə investisiyaların artmasına kömək edəcək. O, həmçinin iki qrup arasında əməkdaşlığı asanlaşdırmaq və sinerjini inkişaf etdirməklə, çoxtərəfli inkişaf bankları (MDB) və milli kənd təsərrüfatı ictimai inkişaf bankları (PDB) arasındakı boşluğun aradan qaldırılması məqsədilə səylər göstəriləcək.
Üçüncüsü, təşəbbüs nəticəsində iqlimə davamlı kənd təsərrüfatı icmaları qurmağa kömək etmək üçün fermerlərə, xüsusilə də qadınlara və gənclərə imkan yaratmağa çalışılacaq. COP29 Sədrliyi və FAO fermerlər və kənd təsərrüfatı təşkilatları üçün əlçatan təlimatların hazırlanması və vəsait üçün necə müraciət edə biləcəkləri barədə MDB ilə məsləhətləşmələr aparır. COP29 Sədrliyi, həmçinin FAST ilə əməkdaşlıq edərək fermerlər və kənd icmalarını gücləndirmək, onların bacarıqlarını inkişaf etdirmək və yeni rəqəmsal texnologiyalara çıxışlarını sürətləndirmək məqsədilə əlavə resursları və iqlim maliyyələşdirmə imkanlarını müəyyənləşdirməyə çalışır. Təşəbbüs, həmçinin icmaların dinlənilməsini və onların maraqlarının təmsil olunmasını təmin etmək üçün fermer təşkilatları və müvafiq UNFCCC-nin Həmfikir Qrupları ilə fəal şəkildə məşğulluğunu əhatə edəcək.
COP29-un ev sahibi kimi Azərbaycan hazırda FAO çərçivəsində dayanıqlı transformasiya üçün ərzaq və kənd təsərrüfatı (FAST) ilə tərəfdaşlıq üzrə idarə heyətinə həmsədrlik edəcək və FAST üzrə katiblik harmoniya təşəbbüsünü dəstəkləyəcəkdir.
Fəaliyyətə çağırış: Fəaliyyətə başladığı zaman hökumətlər, MDB-lər, milli kənd təsərrüfatı PDB-ləri, özəl sektor, xeyriyyəçilik, beynəlxalq təşkilatlar və fermerlər üçün Bakı İqlim Harmoniyası təşəbbüsü ilə məşğul olmağa hazırlaşan digər maraqlı tərəflərlə fəaliyyətə şərait yaratmaq
Əlavə 12: Üzvi Tullantıların Tərkibindəki Metan Qazının Azaldılması
İqlim dəyişikliyinin 1,5 dərəcəyə uyğun yollarla dərin, sürətli və davamlı azaldılmasına ehtiyacın qəbul edilməsi ilə əlaqədar, Qlobal İnventarizasiya Tərəfləri qeyri-CO2 emissiyalarının, xüsusən də metan qazı emissiyalarının 2030-cu ilə qədər qlobal miqyasda sürətlə azaldılmasına çağırdı. Metan qazının istilik yaratma gücü karbon dioksiddən 80 dəfə çoxdur və tez bir zamanda hərəkətə keçmək gələcək temperatur artımını yüngülləşdirə bilər.
Azərbaycan 2030-cu ilə qədər metan emissiyalarını 2020-ci il səviyyəsindən azı 30% azaltmaq hədəfinə nail olmaq üçün Qlobal Metan Qazı Öhdəliyini imzalamışdır ki, bu da IPCC-nin 1,5°C yolu ilə uyğun gəlir.
Ölkələr Qlobal Metan Qazı Öhdəliyini səmərəli şəkildə həyata keçirməyə çalışarkən, üzvi tullantılardan metan qazının getdikcə artan probleminə diqqət yetirmək vacibdir. Son illərdə qlobal tullantılar narahatedici templə artmışdır və 2022-ci ildə qida tullantıları qlobal istixana qazı emissiyalarının 10%-nə qədərini, bu da aviasiya sektorunun emissiyalarından beş dəfə çoxunu təşkil etmişdir. Bu, ölkələrin iqtisadiyyatı, insan sağlamlığı və ətraf mühit üçün böyük xərclər yaradır.
Tullantı sektorundakı metan qazı emissiyalarının azaldılması qlobal metan qazına qarşı mübarizəyə və ümumi istixana qazlarının azalmasına mühüm töhfə olacaq. Bu, həmçinin Dayanıqlı İnkişaf Məqsədlərinin, xüsusən Məqsəd 2 (Aclığa Son) və Məqsəd 12-yə (Davamlı İstehsal və İstehlak) nail olunmasına kömək edəcək.
Nəticə: COP29 Sədri Qlobal Metan Qazı Öhdəliyini (GMP) tamamlayacaq şəkildə Üzvi Tullantılardan Metan Qazının Azaldılması üzrə COP29 Bəyannaməsini təqdim edəcək. Bəyannamə GMP Katibliyi və BMT-nin Ətraf Mühit üzrə Proqramının (UNEP) İqlim və Təmiz Hava Koalisiyası ilə birlikdə hazırlanır.
Bəyannaməni dəstəkləyənlər gələcək NDC-lərinin tərkibində üzvi tullantılarda metan qazının azaldılması üçün sektor üzrə hədəfləri müəyyən etməyə və bu məqsədlərə çatmaq üçün submilli siyasətlər, yol xəritələri və fəaliyyət planlarının hazırlanmasına, həmçinin dövlət və özəl mənbələrdən maliyyə vəsaitlərinin səfərbər edilməsinə sadiq olduqlarını bəyan edəcəklər. Bundan əlavə, şəffaflıq və məlumat əsasında siyasətlərin formalaşdırılması və birgə fəaliyyət üçün innovativ tərəfdaşlıqların inkişaf etdirilməsi istiqamətində də çalışacaqlar.
Fəaliyyətə çağırış: tullantı sektorunda konkret öhdəliklərə nail olmaq üçün daha çox hökumətin Qlobal Metan Qazı Öhdəliyinə qoşulması və hökumətlərin Üzvi Tullantılardan Metan Qazının Azaldılması üzrə COP29 Bəyannaməsini dəstəkləməsi ilə ambisiyanı artırmaq
Əlavə 13: Davamlı və Sağlam Şəhərlər üçün Çoxsahəli Fəaliyyət İstiqamətləri (MAP)
Yer səthinin cəmi 2%-dən azını əhatə edən şəhərlər, qlobal CO2 emissiyalarının üçdə ikisindən çoxuna səbəb olaraq, iqlim dəyişməsinə qarşı mübarizənin əsas təməl daşı rolunu oynayır. Şəhərlər iqlim dəyişməsinə böyük təsir göstərməklə yanaşı, eyni zamanda onun nəticələrinə qarşı həssasdırlar, ən çox isə ən həssas əhali qrupları zərər çəkir. Bu, iqlim fəlakətlərinə qarşı bir milyarddan çox insanın qorunmasına görə şəhər dayanıqlılığı və adaptasiyası üçün maliyyələşmənin artırılmasını tələb edir.
Davamlı və iqlimə dayanıqlı şəhərsalma Azərbaycanın milli inkişafında əsas prioritetdir. Ölkə yaşıl şəhərlərin tikintisinə və şəhər iqlimi ilə bağlı problemlərin həllinə böyük investisiyalar cəlb edib. Bakı 2026-cı ildə Dünya Şəhər Forumu və Dünya Ətraf Mühit Gününə ev sahibliyi edərək, şəhər həllərinin inkişafı üçün qlobal platforma rolunu oynayacaq.
Nəticə: 20 noyabr tarixində COP29 Şəhərsalma Gününü qeyd edəcək və COP29 Davamlı və Sağlam Şəhərlər üçün Çoxsahəli Fəaliyyət İstiqamətləri (MAP) Bəyannaməsini İqlim və Şəhərsalma üzrə yüksək səviyyəli iclasda elan edəcək. Şəhərsalma mövzusundakı yüksək səviyyəli iclasdan sonra cəmiyyətin müxtəlif təbəqələrini bir araya gətirən yüksək səviyyəli dəyirmi masalar keçiriləcək və burada yaşıl tikinti, nəqliyyat və infrastruktur, təbiət, sağlamlıq və şəhərlərin dayanıqlılığı, həmçinin şəhər iqlim fəaliyyətlərinin maliyyələşdirilməsi mövzularında irəliləyişlər və əməkdaşlıq müzakirə ediləcək.
MAP Bəyannaməsini imzalayanlar şəhərlərdə iqlim fəaliyyətlərinə və planlaşdırmaya çoxsahəli yanaşma ilə çalışmaq niyyətini ifadə edəcəklər. Bu, əvvəlki COP təşəbbüslərini genişləndirərək, yeni sahələr, o cümlədən təbiət və sağlamlıq, şəhər kənd təsərrüfatı, fəlakətlərə qarşı dayanıqlılıq və erkən xəbərdarlıq, həmçinin rəqəmsal texnologiyalar və həll yollarını daxil edəcək. Bəyannaməni imzalayanlar, həmçinin yerli hakimiyyət orqanları və şəhərlərin NDC-lərin hazırlanma prosesində iştirakını asanlaşdırmağa çalışacaqlar.
Bundan əlavə, MAP Bəyannaməsi, davamlı şəhərsalma üzrə mühüm beynəlxalq platformalar, o cümlədən Dünya Şəhər Forumu, UNFCCC COP-ları və Dünya Ətraf Mühit Günləri arasında daha güclü əlaqələri təşviq edəcək. Dünya Şəhər Forumuna ev sahibliyi edən bütün dövlətlər, 2026-cı ildən başlayaraq Azərbaycan da daxil olmaqla, bu işləri təşviq etmək və platformalar arasında əməkdaşlığı və davamlılığı gücləndirmək üçün Şəhər İqlim Fəaliyyəti üzrə Xüsusi Nümayəndə təyin etməyə çağırılacaq. MAP Bəyannaməsi həmçinin BMT agentlikləri və hökumətlərarası təşkilatlar, Çoxtərəfli İnkişaf Bankları (MDB), Çoxtərəfli İqlim Fondları (MCF), xeyriyyə təşkilatları, ikitərəfli donorlar və onların icra agentlikləri arasında iqlim şəhər maliyyələşdirməsi üzrə güclü fəaliyyət və ambisiyalar üçün daha güclü əməkdaşlıq çağırışı edəcək.
COP29-da biz keçmiş, cari və gələcək COP sədrliyinin iştirakı ilə və UN-Habitat-ın dəstəyi ilə, həmçinin LGMA ilə əməkdaşlıqda Şəhər İqlim Fəaliyyəti üzrə Bakı Davamlılıq Koalisiyasını işə salacağıq ki, bu da COP-lar arasında əlaqəliliyi və davamlılığı artırmaq məqsədi daşıyacaq.
Fəaliyyətə çağırış: Hökumətlərin, şəhərlərin və yerli hakimiyyət orqanlarının, parlamentlərin, BMT agentliklərinin, beynəlxalq təşkilatların, çoxtərəfli inkişaf banklarının, çoxtərəfli iqlim fondlarının və xeyriyyə təşkilatlarının COP29 Davamlı və Sağlam Şəhərlər üçün Çoxsahəli Fəaliyyət İstiqamətləri Bəyannaməsinə qoşulması, COP-lar arasında Koalisiyanın yaradılması və iqlim gündəliyində şəhər iqlim problemlərinə prioritet verilməsi, həmçinin Şəhər İqlim Fəaliyyəti üzrə Xüsusi Nümayəndənin təyinatına dəstək olunması ilə ambisiyanı artırmaq
Əlavə 14: Turizm Sektorunda İqlim Fəaliyyətinin Gücləndirilməsi
Turizm iqtisadi artım və inkişafın aparıcı elementlərindən biridir və yüz milyonlarla insan üçün birbaşa və dolayı həyat təminatıdır. Lakin bu sektor qlobal istixana qazı emissiyaları yaradan mənbə olmaqla yanaşı özü də iqlim dəyişməsinin təsiri baxımından təhdidlərə məruz qalır. Turizmin geniş spektrli xarakteri və transformativ rolu, həm mütləq zərurəti, həm də iqlim fəaliyyətinin gücləndirilməsi üçün imkanları təqdim edir. Dayanıqlılıq Azərbaycanın milli turizm strategiyasının mühüm bir xüsusiyyətidir və COP29 Sədrliyi olaraq turizm sektorunda hərtərəfli iqlim həllərini təşviq etmək üçün ölkələri və maraqlı tərəfləri bir araya gətirməyi hədəfləyirik.
COP26 Qlazqo İqlim Fəaliyyəti üzrə Turizm Bəyannaməsi, turizmin iqlim fəaliyyətindəki profilini artırmaqda böyük bir mərhələ olmuşdur. COP29 bu nailiyyəti inkişaf etdirmək və 20 noyabrda ilk olacaq Turizm Gününü keçirmək niyyətindədir. BMT Turizm təşkilatı ilə tərəfdaşlıqda, COP29 bu anda güclü dialoq qurmaq və turizmin qlobal iqlim fəaliyyətində bir sektoral siyasət olaraq mövqeyini gücləndirmək məqsədini güdür.
Nəticə: Turizm Günü yüksək səviyyəli toplantı və Turizm Sektorunda İqlim Fəaliyyətinin Gücləndirilməsi üzrə COP29 Bəyannaməsinin təqdimatı ilə qeyd olunacaq.
COP29 Bəyannaməsi turizm sektorunda təcili iqlim fəaliyyətinin zəruriliyini vurğulayacaq və təsdiqləyənlərə dayanıqlı turizm təcrübələrini təşviq etməyə öhdəlik götürəcək, bu isə emissiyaların azaldılması və sektorun dayanıqlığının artırılmasını əhatə edir. Xüsusilə bəyannaməni təsdiqləyən hökumətlər turizmi milli iqlim siyasəti sənədlərinə inteqrasiya edərək, iqlim həllərinin əsas komponenti kimi mövqeyini gücləndirməyə çalışacaqlar.
Bəyannamədən sonra, Turizm Günü ahəngdar və elmi əsaslı İXQ emissiyalarının ölçülməsi məsələlərini dərindən müzakirə etmək üçün platforma olacaq. Bu tezləşdirilmiş karbon azaldılması üçün əhəmiyyətli bir çağırışdır. COP29 Sədrliyi, əsas turizm maraqlı tərəfləri arasında qlobal əməkdaşlığı və uyğunluğu təşviq etməyə çalışacaq, ölçmə metodologiyalarında effektiv sinerji təmin edəcək.
Turizm sahəsində maraqlı tərəflərə ekosistem dayanıqlılığı, bərpa və maliyyə strategiyalarının ətraflı araşdırılması üçün platforma təqdim olunacaq, beləliklə turizmin iqlim dəyişməsi ilə mübarizədəki roluna dair ətraflı və məlumatlı müzakirələr aparılacaq.
Fəaliyyətə çağırış: Siyasət dəyişikliyini stimullaşdırmaq və turizmi iqlim fəaliyyətinə inteqrasiya etmək yolu ilə, eləcə də hökumətlərin və milli turizm administrasiyalarının COP29 Bəyannaməsini dəstəkləməsi ilə və özəl sektoru bu təşəbbüsü daha güclü kollektiv şəkildə dəstəkləməyə təşviq etməklə ambisiyanın artırılması
Əlavə 15: İqlim Fəaliyyəti üçün Su
İqlim dəyişməsinin təsir mərkəzində su hövzələri dayanır. Təbiətdə su dövranının pozulması insanlara iqlim dəyişməsini yaşadan birbaşa səbəblərdən biridir; milyardlarla insan indi kəskin quraqlıq, daşqınlar, dəniz səviyyəsinin qalxması, daxili su hövzələrinin azalması və suyun çirklənməsi ilə üzləşir, bu da su ilə əlaqəli ekosistemlərə və biomüxtəlifliyə təsir göstərir. Milli kimliyimizin və həyat tərzimizin ayrılmaz hissəsi olan Xəzər dənizinin azalması Azərbaycana birbaşa təsir göstərir və bu yerli sahil zonalarına və onların unikal ekosistem və biomüxtəlifliyinə təsir edir, əhalimiz üçün su çatışmazlığı təhlükəsini artırır.
Son COP sessiyalarında su məsələsi intensiv şəkildə müzakirə edilmişdir və su COP28 BƏƏ Çərçivəsində Qlobal İqlim Davamlılığı üçün prioritet olaraq müəyyən edilmişdir. Bu Çərçivə tərəfləri iqlim dəyişməsi səbəbi ilə su çatışmazlığını əhəmiyyətli dərəcədə azaltmağa və su ilə əlaqəli təhlükələrə qarşı iqlim davamlılığını artırmağa çağırmışdır. Əlavə olaraq, Çərçivənin digər hədəflərinə çatmaq da su və əlaqəli ekosistemlər üzrə fəaliyyət tələb edəcəkdir. Su-iqlim qarşılıqlı əlaqələri 2023 Birləşmiş Millətlər Su Konfransında da əsas prioritetlərdən biri olmuşdur. COP29 Sədri bu diqqəti davam etdirmək, təşəbbüslər arasında uyğunluğu artırmaq və gələcək COP konfranslarına su ilə bağlı davamlılığı təmin etmək istəyir.
Nəticə: COP29 zamanı keçiriləcək yüksək səviyyəli tədbirdə iştirakçılar, UNEP, UNECE və WMO-nun dəstəyi ilə hazırlanmış olan COP29 İqlim Fəaliyyəti üçün Su Üzrə Bəyannaməni dəstəkləməyə dəvət ediləcəkdir. Bəyannamə tərəfləri iqlim dəyişməsinin su hövzələrinə və su ilə əlaqəli ekosistemlərə təsirlərini azaltmaq üçün inteqrasiya olunmuş yanaşmalar qəbul etməyə, regional və beynəlxalq əməkdaşlığı gücləndirməyə, su ilə əlaqəli yumşaltma və adaptasiya tədbirlərini milli iqlim siyasətlərinə, o cümlədən NDC-lərə və Milli Uyğunlaşma Planlarına (NAP) daxil etməyə çağırır.
Bəyannamə su və iqlim dəyişməsinin, biomüxtəliflik itkisi, səhralaşma və çirklənmə ilə qarşılıqlı əlaqələrini müzakirə edəcək İqlim Fəaliyyəti üçün Su üzrə Bakı Dialoquna start verəcək. Dialoq platforması hər il COP zamanı COP-dan COP-a davamlılığı və uyğunluğu artırmaq və irəliləyişin izlənməsi məqsədilə toplanacaq. Platformanın rəhbərliyi lider ölkələr, COP Sədrləri və BMT təşkilatlarından seçiləcək, eyni zamanda QHT-lər, maliyyə iştirakçıları və akademiya da fəal iştiraka dəvət ediləcəkdir.
Bakı Dialoqu həmçinin birgə istifadə olunan su hövzələri üzrə tərəfdaşlıqların yaradılmasını və gücləndirilməsini təşviq edəcək, bu da nazirlər və müvafiq tərəfləri regional iqlim siyasətlərinin və planlarının inkişafını və tətbiqini asanlaşdırmaq üçün bir araya gətirəcək. Bu tərəfdaşlıqlar, bilik mərkəzlərinin yaradılması və ya mövcud platformalardan istifadə etməklə ən yaxşı təcrübələrin paylaşılması, yerli və regional məlumatların mübadiləsi və hökumətlərin iqlim siyasətlərini inteqrasiya etməyə kömək edəcək birgə tədqiqatların təşkilini dəstəkləyəcəkdir.
Bəyannamə çərçivəsində İqlim naminə Su Səfiri vəzifəsi təsis ediləcək və COP Sədrliklərinin də inteqrasiya olunmuş su və iqlim siyasəti ilə məşğul olacaq səfir təyin etmələrini təşviq edəcəkdir. Səfir BMT Baş Katibinin su məsələləri üzrə xüsusi elçisi olacaq və əsas diqqəti su ilə iqlim arasındakı əlaqəyə yönəldəcəkdir.
Fəaliyyətə çağırış: Maraqlı tərəflərin COP29-un İqlim Fəaliyyəti üçün Su Bəyannaməsini dəstəkləməsi ilə ambisiyanı artırmaq. İqlim Fəaliyyəti üçün Su üzrə Bakı Dialoqunda iştirak edən nazirlər və digər maraqlı tərəflərlə fəaliyyətə şərait yaratmaq.
Əlavə 16: Bakı Qlobal İqlim Şəffaflığı Platforması (BTP)
Şəffaflıq irəliləyişin izlənməsi, etimadın qurulması, eləcə də əlavə fəaliyyət və dəstəyə ehtiyac duyulan sahələrin müəyyən edilməsi üçün vacibdir. COP29 Sədrliyi də inanır ki, şəffaf hesabatlılıq həm Konvensiyanın, həm də Paris Sazişinin prinsip, məqsəd və hədəflərinə olan sadiqliyimizi yenidən təsdiqləmək üçün mühüm əhəmiyyət kəsb edir.
Nümunə olmaq üçün, Azərbaycan hazırda COP29-dan əvvəl İkiillik Şəffaflıq Hesabatını (BTR) təqdim etməyə çalışır və bütün Tərəfləri belə erkən BTR təqdimatlarına təşviq edirik. Lakin, məlumatların ölçülməsi və hesabatının verilməsi çətin ola bilər və inkişaf etməkdə olan ölkələrin bir çoxu üçün gücləndirmə ehtiyacı açıq-aydındır. Bu, 2024-cü ildən sonra Təkmilləşdirilmiş Şəffaflıq Çərçivəsinin (ETF) tətbiqinə hazırlanan Tərəflər üçün xüsusilə vacibdir.
Nəticə: COP29 Sədrliyi Bakı Qlobal İqlim Şəffaflığı Platformasına (BTP) start verməklə şəffaflığın əhəmiyyətini artırır. BTP-nin məqsədi, inkişaf etməkdə olan ölkələrin BTR-lərin hazırlanması və təqdim olunması ilə dəstəklənməsi üçün tərəfdaşları bir araya gətirmək, bütün Tərəflər arasında ETF-in tam spektri üzrə əməkdaşlığı və bilik mübadiləsini təşviq etmək və ehtiyac duyulan yerlərdə gücləndirmə resurslarını daha yaxşı şəkildə hərəkətə keçirməkdir.
UNFCCC və digər BMT Agentlikləri və tərəfdaşlarla əməkdaşlıqda Platforma, inkişaf etməkdə olan ölkələr üçün gələcək BTR təqdimatları üzrə seminarlar təşkil edir və Şərqi Avropa, Cənubi Qafqaz, Mərkəzi Asiya, Afrika, Asiya-Sakit Okean, Latın Amerikası və Karib dənizi bölgələrində əlavə regional seminarlar keçirəcəyik.
BTR-lərlə yanaşı, Platforma ETF-də iştirakçılığı genişləndirmək, hədəflənmiş dəstək, gücləndirmə və təcrübə mübadiləsi təmin edəcək. Platforma, mövcud şəffaflıq təşəbbüslərini, o cümlədən #ŞəffaflıqNaminəHəmrəylik təşəbbüsünü tamamlayacaq.
Siyasi məlumatlılığı artırmaq üçün, COP29 Sədri, UNFCCC və tərəfdaş agentliklər, 25 sentyabr tarixində Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Qlobal İqlim Şəffaflığı üzrə Yüksək Səviyyəli Dialoq təşkil edəcəklər. Bu, COP29-un Şəffaflıq üzrə yüksək səviyyəli tərəfdaşları - Qazaxıstan Respublikası prezidentinin müşaviri və beynəlxalq ekoloji əməkdaşlıq məsələləri üzrə xüsusi nümayəndəsi Zülfiyyə Süleymenova və İtaliyanın iqlim dəyişməsi üzrə xüsusi elçisi professor Françesko Korvaronun ilk dəfə təyin edilməsindən sonra baş verib.
Fəaliyyətə çağırış: Bakı Qlobal İqlim Şəffaflıq Platformasını dəstəkləyən, Platformanın BTR seminarlarında iştirak edən, Qlobal İqlim Şəffaflığı üzrə Yüksək Səviyyəli Dialoqa qoşulan və COP29-dan əvvəl erkən təqdimatlar edən bütün tərəfdaşlarla ambisiyanı artırmaq. BTP-nin qabiliyyə quruculuğunu dəstəkləyən şəffaflığa yönəlmiş tərəfdaşlarla fəaliyyətə şəraiti yaratmaq.