Azərbaycan-Banqladeş ikitərəfli münasibətləri

Qısa məlumat:

30 dekabr 1991-ci ildə Banqladeş Azərbaycanın dövlət müstəqilliyini tanımışdır. İki ölkə arasında diplomatik əlaqələr 26 fevral 1992-ci ildə qurulmuşdur.

 

Yüksək səviyyəli qarşılıqlı səfərlər:

- Banqladeşin Mülki aviasiya və turizm naziri Muhammad Faruk Khan 29 may – 1 iyun 2013-cü ildə Bakıda keçirilmiş 2-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmişdir.

- 10-11 iyun 2013-cü ildə Banqladeşin Xarici işlər naziri Dipu Moni Azərbaycana rəsmi səfər etmiş, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edilmiş, Xarici işlər naziri E.Məmmədyarov, İqtisadiyyat və sənaye naziri Ş.Mustafayev, Səhiyyə naziri O.Şirəliyev, Dövlət Miqrasiya Xidmətinin rəisi F.Nəbiyevlə görüşmüşdür. 11 iyun 2013-cü ildə D.Moni Əl-Qüdsə dəstək məqsədilə İƏT Xarici işlər nazirlərinin Bakıda keçirilən konfransında iştirak etmişdir. Rəsmi səfər zamanı 2 Anlaşma Memorandumu imzalanmışdır.

- Bakıda 2-5 may 2015-ci ildə keçirilmiş  AİB Rəhbərlər Şurasının 48-ci illik Toplantısında Banqladeşin Maliyyə Naziri Abul Maal A.Muhithin iştirak etmişdir.

Humanitar sahədə:

- Azərbaycan hökuməti Banqladeşdə qeyri-maddi mədəni irsin qorunması üzrə bacarıqların artırılması ilə bağlı YUNESKO-nun proqramı vasitəsilə ölkəyə 200.000 dollarlıq yardım göstərmişdir. 

İkitərəfli müqavilə-hüquq bazası:

2 saziş qüvvədədir.

1 saziş layihəsinə Azərbaycan tərəfində baxılır.

4 saziş layihəsinə Banqladeş tərəfində baxılır.

Yenilənib: 01.04.2024

Arxiv üzrə axtarış