2024-02-22

“SATTE 2024” beynəlxalq turizm sərgisində Azərbaycanın turizm potensialı təbliğ olunub

22-24 fevral 2024-cü il tarixlərində Noida şəhərində yerləşən “İndia Expo Centre” mərkəzində “SATTE 2024” beynəlxalq turizm sərgisi təşkil edildi.

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun nümayəndələri, eləcə də yerli turizm şirkətlərinin rəhbərləri ənənəvi olaraq sözügedən tədbirdə iştirak etdilər. Tədbir zamanı 126 kv. metrlik sahədə Azərbaycanın turizm potensialını əks etdirən stend quruldu.

Hindistanlı turistlər və iş adamları arasında turizm məkanı, eləcə də kino, musiqi kliplərinin çəkilişi və toy mərasimlərinin keçirilməsi nöqteyi-nəzərdən Azərbaycanın populyarlığının artdığını nəzərə alaraq stenddə ölkəmizdə turizmin inkişafı sahəsində görülmüş işlər, habelə turizm sahəsində mövcud imkanlar barədə məlumatlar yerləşdirildi.

Tədbir zamanı Azərbaycanın Hindistandakı səfiri Elçin Hüseynli Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun nümayəndələri ilə görüş keçirdi və qardaş Türkiyənin stendini ziyarət etdi.

https://azertag.az/en/xeber/azerbaijans_tourism_potential_promoted_at_satte_2024_in_india-2932307

 

Arxiv üzrə axtarış